Sizin reklam burada

“Turan Tovuz” başsız qaldı

Baxış Sayı:642

“Turan Tovuz” başsız qaldı
Eltay Aslanovun xələfinin adı bu gün bilinəcək
Qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan “Turan Tovuz”da baş məşqçi dəyişikliyinin olacağını ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, klub rəhbərliyi Eltay Aslanovun işindən narazıdı. Məsələ ilə bağlı həmin vaxt qərblilərin Müşahidə Şurasının sədri Oqtay Abdullayevin fikrini öyrənmişdik. O isə yayılan xəbərləri nə təsdiq, nə də təkzib etmişdi.
Yazdığımız xəbər gerçəkləşdi. 16-cı turda, “doğma divarlar” arasında “Neftçi-2”yə böyükhesablı məğlubiyyət (1:5) Aslanovun məşqçi kimi “Turan Tovuz”da son oyunu olub. Rəhbərlik Eltay bəylə yolları ayrıb. Yeni məşqçinin adı isə bu gün bəlli olacaq. Bu haqda bilgini Oqtay Abdullayevdən aldıq: “Neftçi-2” ilə oyundan sonra Eltay Aslanov istefa verdi. Ona bu günə kimi gördüyü işlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzuladıq. Boş qalan postun kimə tapşırılacağı hələ məlum deyil. Hazırda bir neçə namizəd var ki, onlarla görüşüb söhbət edirik. Hələ heç nə dəqiqləşmədiyindən konkret ad çəkməyim düzgün olmaz. Böyük ehtimalla sabah (bu gün) yeni məşqçinin kim olacağı müəyyənləşəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR