Həftəsonu futzal üzrə birinci liqada 19-cu turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, “Olimpik Star”da təşkil olunan turun ilk oyun günündə 4 matçdan biri baş tutmayıb. “Çinar Cəbrayıl” – “Sabunçu” görüşü ikincilərin oyuna gəlməməsi üzündən keçirilməyib. İntizam Komitəsinin bu həftə keçiriləcək iclasında sabunçululara texniki məğlubiyyət veriləcəyi gözlənilir. Qalan oyunlara gəlincə, liderlər qrupunda yer alan komandalardan ADBTİA böyükhesablı qələbə qazanıb. “Ulduz” isə rəqibinə 3 top fərqi ilə yenilib. “Baku Fans” “Zəngilan”ı minimal hesabla üstələyib. Şənbə günü keçirilən 4 oyunla tura yekun vurulub. Lider “Baku Fire” və izləyicisi “Standard” növbəti qələbələrini qazanıb. Türkiyə ilə yoldaşlıq oyunlarında yenilən U-19 isə çempionatda 3 xala sevinib. Beləliklə, Ağatahir Əzimovun komandası turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Turun son görüşü isə məhsuldar alınıb. “Metropoliten” “Sovetski”ni darmadağına məruz qoyub.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
ADBTİA – Füzuli 8:2
Yasamal MFK-2 – Ulduz 10:7
Zəngilan – Baku Fans 4:5
AZMİU – U-19 2:3
Green Log – Baku Fire 1:4
Standard – Abşeron 10:4
Metropoliten - Sovetski 10:4
1. Baku Fire 19 18 1 0 164-30 55
2. Standard 19 18 0 1 165-49 54
3. ADBTİA 19 17 1 1 169-26 52
4. U-19 19 11 2 6 144-48 35
5. AZMİU 19 11 2 6 103-65 35
6. Green Log 19 10 2 7 91-69 32
7. Metropoliten 19 10 2 7 100-123 32
8. Baku Fans 19 10 1 8 96-70 31
9. Zəngilan 19 9 2 8 93-75 29
10. Yasamal MFK-2 19 9 1 9 98-88 28
11. Ulduz 19 4 1 14 87-111 13
12. Abşeron 19 4 1 14 72-167 13
13. Füzuli 19 3 2 14 51-145 11
14. Sabunçu 18 3 2 13 48-155 11
15. Çinar Cəbrayıl 18 1 2 15 42-152 5
16. Sovetski 19 1 2 16 49-185 5