Yadınızdadısa, yığmanın baş məşqçisi Nikola Yurçeviçin vətəni Xorvatiyada olduğunu xəbər vermişdik. Onun bu həftənin sonunda Bakıya təşrif buyuracağı deyilmişdi. Dünən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan mütəxəssisin gəlib-gəlmədiyini soruşduq. Hər halda, Yurçeviç bütün diqqətini çempionata yönəltməli, qısa müddətdən maksimum yararlanmalıdı. Bunun üçün isə premyer-liqanın bütün oyunlarını canlı izləməsi vacibdi. Firuz bəy xorvat çalışdırıcının bazar günü günorta saatlarında gələcəyini söylədi. Bu isə o deməkdi ki, çempionatın bugünkü matçlarında da Yurçeviçi görməyəcəyik. Sabahkı görüşlərdə olub-olmayacağı isə sual altındadı. Bu da vaxtı məhdud olan baş məşqçi haqda ilkin təəssüratın heç də yaxşı formalaşmamasına şərait yaradır.
FARİZ