Sizin reklam burada

Şəmkirdə Vüqar Həşimovu yenə ən güclülər yad edəcək

Baxış Sayı:521

Şəmkirdə Vüqar Həşimovu yenə ən güclülər yad edəcək
Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi 22-ci kateqoriyalı "Shamkir Chess 2019" supertunirinin keçiriləcəyi tarix və iştirakçıların adları müəyyənləşib. Vüqar Həşimov Şahmat Akademiyasının rəsmi “feysbuk” səhifəsində yer alan xəbərə görə, bu dəfə də ölkəmizə planetin ən güclü qrossmeysterləri gələcək. Beləliklə, Memorial martın 31-də Şəmkirdə start götürəcək. Turnirdə dünya çempionu Maqnus Carlsen (Norveç, 2845), Dinq Liren (Çin, 2812), Aniş Giri (Hollandiya, 2797), Vişvanatan Anand (Hindistan, 2779), Aleksandr Grişuk (Rusiya, 2771), Sergey Karyakin (Rusiya, 2753), David Navara (Çexiya, 2745), Veselin Topalov (Bolqarıstan, 2740) və yığmamızın iki üzvü - Şəhriyar Məmmədyarovla (2790) Teymur Rəcəbov (2756) iştirak edəcək.
Qeyd edək ki, aprelin 9-da başa çatacaq Memorialın son qalibi Maqnus Karlsendi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR