“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Təcrübəli futbolçu maraqlı məqamlara toxunub.
– Qış təlim-məşq toplanışınız necə keçdi?
– Hər il olduğu kimi, qış toplanışını yenə Antalyada keçirdik. Hər şey yaxşı alındı və mövsümün ikinci yarısına daha qətiyyətli başlamışıq. Fasilədən sonra ilk oyunda çempionluq uğrunda mübarizə apardığımız“Neftçi” ilə qarşılaşdıq. 3 turdan sonra iki qələbə qazanmışıq.
– Hazırlıq prosesini özün üçün necə dəyərləndirərdin?
– Sevinirəm ki, həm hazırlıq prosesi mənim üçün yaxşı keçdi, həm də ilə uğurlu start verdim. Zəruri yüklənmə olsa da, zədə almadım.
– Cari mövsümdə qarşına hansı şəxsi hədəflər qoymusan?
– Hədəflərin hamısı komanda ilə bağlıdı. Şübhəsiz, çempionat və kubokda qalib olmaq əsas hədəfimizdi. Uzun illər Azərbaycan futbolunda hegemonluq etmişik. Bu mövsüm çempionatda güclü rəqabət var. Hazırda “Neftçi”dən 1 xal geri qalırıq. İstənilən halda, asan olmasa belə, mövsümün sonunda hədəfimizə çatmağa çalışacağıq. Şəxsən mən bu il əvvəlkinə nisbətən daha yaxşı çıxış etmək, bununla da komandama maksimum yardım etmək istəyirəm.
– Əvvəlki illərlə müqayisədə cari mövsümdə daha az oynayırsan. Bu, nə ilə bağlıdı?
– Mövsümün əvvəlində baş məşqçi ilə görüşdüm. Həmin vaxt mənə qarşılaşmaların hamısında oynamayacağımı bildirdi. Çempionat, kubok və avrokubokda çıxış etdiyimizdən, təqvimin sıxlığını nəzərə alaraq, 36 yaşlı futbolçunun təxminən 4-5 ayda 30 matçda iştirakının mümkün olmadığını başa düşmək lazımdı. Yəni hər şey planlı şəkildə oldu. Uzun illərdi Qurban Qurbanovla çalışıram və o, futbolçu kimi böyüməyimə birbaşa təsir edib. Ona görə də baş məşqçinin qərarına həmişə hörmətlə yanaşmışam.
– Yığmada qalsaydın, daha çox nəyə nail olmaq istərdin?
– Milli istənilən futbolçu üçün qürur mənbəyidi. Ancaq onunla bağlı artıq heç bir hədəfim qalmayıb. Çünki bir albaniyalı futbolçunun yığma ilə qazana biləcəyi maksimum uğura nail olmuşam. Avropa çempionatının final mərhələsi isə tortun üzərindəki albalı kimi idi.
– Təsəvvür et ki, telefonunuza yığmanın baş məşqçisi Kristian Panuççidən mesaj gəlir: “Ansi, hazırlaş”. Ona nə cavab verərdin?
– Belə bir şey gözləmirəm. Bu olsa belə, heç vaxt getmərəm. Yaxud da ona hansısa cavab yazmaram.
– Tez-tez “Tirana”ya olan sevgindən danışırsan. Futbolla məhz bu komandada vidalaşa bilərsən?
– “Tirana” qəlbimdədi və həmişə də belə olacaq. Futbol elədi ki, nəyin necə olacağını əvvəlcədən bilmək mümkün deyil. “Tirana”da mümkün olan hər şeyi qazanmışam. Ona görə də bu komandaya qayıtmaq üçün alışıb-yanmıram.
– Uzun müddət Albaniyadan kənarda, ailəndən uzaqda yaşamısan. Əvvəllər daha çətin idi, yoxsa indi?
– İlk iki il çox çətin keçdi. Albaniyadan kənarda öz həyatını qurmaq, oranın mentallığına, yeməklərinə, dilinə, məşq rejiminə və bir çox başqa şeylərə uyğunlaşmaq elə də asan olmadı. Ancaq artıq uzun müddətdi ailəm yanımdadı. Ona görə də bütün çətinliklər arxada qaldı.