Riad Rəfiyev Klublar Komitəsinin sədri seçildi
“Futbol+”in taleyi qurumun növbəti iclasında müzakirə olunacaq
Dünən AFFA-nın inzibati binasında Klublar Komitəsinin qış fasiləsindən sonra ilk toplantısı keçirildi. Səhər saat 10-da başlayan toplantıda elita təmsilçilərini Kamran Quliyev (Neftçi), Riad Rəfiyev (Sumqayıt), Zaur Əzizov (Qəbələ), Asif Əsgərov (Qarabağ), Rəmiş Malıyev (Keşlə), Natiq İsmayılov (Zirə), Ramin Həsənov (Səbail) və Maqsud Adıgözəlov (Sabah) təmsil edirdi.
Komitənin budəfəki iclasında həm yeni sədr seçilməliydi, həm də Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə görüş nəzərdə tutulmuşdu. Fasilədən sonra təşkilati işlərlə bağlı qaydaların sərtləşməsi, klubların hər xırda detala görə İntizam Komitəsi tərəfindən cərimələnməsi avstriyalı funksionerlə klub nümayəndələrinin görüşünü labüd etmişdi. Onu da qeyd edək ki, toplantı ərəfəsində həm “Qəbələ”, həm də “Qarabağ” rəsmiləri komitəyə sədr seçilmək istəmədiklərini jurnalistlərin diqqətinə çatdırdılar. Təxminən saatyarım çəkən görüşdən sonra məlum oldu ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev Klublar Komitəsinin yeni sədri seçilib. Gizli səsvermədə “kimyaçılar”ın prezidentinə 3, “Qarabağ” və “Keşlə”yə 2, “Səbail”ə isə 1 səs verlib. Bu haqda məlumatı komitənin katibi Zaur Hacı-Məhərrəmov media nümyəndələrinin diqqətinə çatdırdı.
Toplantıdan sonra yeni sədr brifinqdə əvvəlcə iclasda müzakirə olunan məsələlər barədə məlumat verdi, ardınca sualları cavabladı.
- Bugünkü toplantıya Hakimlər Komitəsinin sədri Frits Stuxlik də dəvət olunmuşdu. Əsas məsələ hakimliklə bağlı idi. Daha doğrusu, hakimlikdəki administrativ məsələlərlə bağlı onunla görüşdük. Bildiyiniz kimi, son vaxtlar klublar oyun qaydalarına görə yox, təşkilatçılıqla bağlı cərimələrə məruz qalırlar. Məsələn, hakimlər otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu.
- Qışdan sonra ən xırda detala, məsələn, topdaşıyan uşaqların matç zamanı artıq hərəkətlərinə görə də kluba cərimə kəsilir. Bunu da müzakirə etdiz?
- Bəli. Elə ən çox bi tip mövzular müzakirə olundu. Uşaqların geyimləri, hakimlər otağında olan və olmayan ləvazımatlar və s.
- Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdız...
- Yenə deyirəm, fikrimcə, həmin oyunu biz hakimin yox, öz səhvlərimiz səbəbindən uduzmuşuq. Bugünkü iclasda hakim səhvləri barədə çox danışmadıq. Əsas gündəm hakimliklə bağlı administrativ məsələlər idi.
- Maraqlıdı, narazılıq doğuran məqamlara Stuxlikin cavabı nə oldu?
- Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidisə, bununla bağlı siyahı hazırlayıb Stuxlikə göndərək.
- Klublar Komitəsinin sədri olacağınızı gözləyirdiz?
- Həmişəki kimi səsvermə oldu və mən seçildim. Yəqin ki, səsvermənin nəticələrindən də xəbəriniz var. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.
- Qurum yeni yarananda hər ay yığışışırdısa, son vaxtlar klub nüməyəndələri gec-gec bir araya gəlir. Sizin sədrliyiniz dövründə necə olacaq?
- Qeyd etdiyim kimi, növbəti iclasımız gələn ay baş tutacaq. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdu və onları danışmaq lazımdı. Artıq mövsümün ən qızğın vaxtıdı. Bütün klubların başı oyunlara qarışıb. Amma yenə də imkan daxilində tez-tez görüşməyə çalışacağıq.
- Qurumun işini daha da canlandırmaq üçün hansı prioritetləri nəzərdə tutmusuz?
- Əlimizdən gələni edəcəyik ki, daha da fəal olaq, Premyer-liqanın işində daha da yaxından iştirak edək. Məsələlər çoxdu, onları danışmaq, imkan daxilində həll etmək lazımdı.
- Artıq neçə ildi ki, “CBC Sport” premyer-liqanın yayın hüququna sahib çıxıb. Buna görə klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin bu məsələ hələ də həll olunmamış qalır…
- Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bugünkü toplantıda AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq.
- 22 ildi ölkə idmanını, xüsusilə də futbolu işıqlandıran “Futbol+”in martdan sonra dövlət yardımından məhrum olunacağından xəbəriniz var. Martda keçiriləcək toplantıda bu məsələni müzakirəyə çıxara bilərsiz?
- Çox gözəl fikirdi. Bununla bağlı şəxsən özüm növbəti iclasımızda məsələ qaldıracam. Mütləq bu barədə danışacaq və imkan daxilində qəzetə kömək etməyə çalışacağıq.
RƏŞAD

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

Bütün xəbərlər