Qəzetimizin ötən sayında futzal üzrə ölkə kubokunun 1/8 final mərhələsinin nə vaxt start götürəcəyini xəbər vermişdik. Həmçinin püşkatma mərasiminin gələn həftənin əvvəlində keçiriləcəyini vurğulamışdıq. Futzal Federasiyası bu haqda rəsmi məlumat yayıb. Ölkə kubokunun 1/8, 1/4 və yarımfinal mərhələlərinin püşkü fevralın 25-də atılacaq. Mərasim Bakı İdman Sarayının mətbuat konfransı otağında keçiriləcək və saat 15.00-da başlayacaq. 1/8 final oyunları martın 5-6-da keçiriləcək.
Xatırladaq ki, bu mərhələdə “Araz”, “Ekol”, “Neftçi”, “Xəzər Cənub”, “Yasamal” MFK, “Liman”, “Yasamal” İSK, “Advokat”, “Green Log”, “Standard”, “Təbriz”, “Baku Fire”, “Dalğa”, “Obolon”, “Hövsan” və “Gilan Construction” mübarizə aparacaq.