Sizin reklam burada

"Səbail" 2400 manat cərimə ilə razı deyil

Title
"Səbail" 2400 manat cərimə ilə razı deyil
Törə Əhmədova: “Materialları toplayıb apellyasiya verəcəyik”
Qış fasiləsindən sonra sanki AFFA nümayəndələri 180 dərəcə dəyişib. Əslində eyni adamlardı. Ancaq ilk iki dövrədən fərqli, üçüncü dövrənin startından etibarən "üzləri dönüb", gördükləri irili-xırdalı hər məqamı raportlarına qeyd edirlər. Videoyazını, protokolu yubadanı, iclasa azacıq geçikəni, hətta topdaşıyan uşaqların topla artıq hərəkətini "görməzdən gəlmirlər". Ola bilər ki, Frits Stuxlikin gəlişinə kimi Ramin Musayevin nüfuz dairəsində olan komitə məhz PFL prezidentinin göstərişinə əsasən belə xırda detalları şişirtmirmiş. İndi isə "yuxarı"dan "nə gördüzsə, yazın" tapşırığı verilib...
İntizam Komitəsinin son iclasında cəzalananlardan biri də "Səbail" oldu. Qərarda göstərilmişdi ki, “Səbail” – “Sabah” matçında meydan sahibinin səhlənkarlığı səbəbindən birinci hissə 3, ikinci hissə 9 dəqiqə gec başlayıb. Matçın startının təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirildiyini nəzərə alan İK Bayıl təmsilçisini 2400 manat cərimələdi.
Bəs "Səbail" paltardəyişmə otağından niyə gec çıxıb? Maraqlıdı ki, klub İntizam Komitəsinin qərarı ilə razılaşmır. Bu haqda qəzetimizə bilgi verən klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova haqsız cəzaya məruz qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirdi: "Qərarla razı deyilik. Heç bir gecikmədən söhbət gedə bilməz. Deyirlər ki, ikinci hissəyə 9 dəqiqə gecikmişik, amma oyunun videoyazısına baxmaq kifayətdi ki, bunun belə olmadığına əmin olasan. Görünür, əlavə vaxtlar nəzərə alinmayıb. Materialları toplayıb apellyasiya verəcəyik. Apellyasiya Arbitraj Tribunalına müraciət etmək üçün 15 gün vaxt verilir, bunu bir neçə günə edəcəyik. Ümid edirik ki, etirazımız qəbul olunacaq".
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.