Sizin reklam burada

Liderlər üçün asan gəzinti

Baxış Sayı:397

Liderlər üçün asan gəzinti
Bu gün və sabah birinci divizionda 16-cı turun oyunları keçiriləcək. Ötən turdan fərqli bu dəfə bütün komandalar meydana çıxacaq ki, açılış günü 3, cümə günü isə 4 görüş olacaq. İlk oyun günündə meydana çıxacaq liderləri “asan gəzinti” gözləyir. Hər halda, zirvəni ötən həftə MOİK-ə təhvil verən “Sumqayıt-2” “Ağsu”nu sınağa çəkəcək, “hərbçilər” isə sonuncu yerdə qərarlaşan “Zirə-2” ilə qarşılaşacaq. Başqa sözlə, əks qütblərdən eyni uzaqlıqda olan komandaların duelinə şahidlik edəcəyik. U-21 yığmamızda köməkçi-məşqçi vəzifəsini də icra edən Elbrus Məmmədovun yetirmələri “Ağsu”nu yenməklə yanaşı, prinsipial rəqibinin büdrəməsinə ümid edəcək. Necə ki, “Səbail-2” sürpriz şəkildə sumqayıtlıları büdrədib MOİK-i taxta çıxarmışdı. Qeyd edək ki, “Kapital Bank Arena”nın ehtiyat meydanında baş tutacaq görüşü premyer-liqanın gənc hakimlərindən Səbuhi Bayramov, “Zirə-2” - MOİK matçını isə daha təcrübəli Rəvan Həmzəzadə idarə edəcək. Premyer-liqanın son turunda idarə etdiyi “Səbail” – “Sabah” matçında texniki səhvlərlə yadda qalan Rəvanın diviziona “sürgün olunduğunu” da ehtimal etmək mümkündü. Bu gün həmçinin “Sabah-2” “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Altı oyunluq məğlubiyyətsiz seriyası ötən tur qırılan lökbatanlılar Binədə baş tutacaq görüşdə qələbə qazanmaqla azı birgünlük turnir möveyini yaxşılaşdıra, 5-ci yerə yüksələ bilər. “Sabah-2” isə “Qaradağ Lökbatan”la xal fərqini minimuma endirmək üçün mütləq qalib gəlməlidi.
Birinci divizion
2-ci dövrə, 16-cı tur
21 fevral
Sumqayıt-2 – Ağsu
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Səbuhi Soltanov, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Sumqayıt. “Kapital Bank Arena”, ehtiyat meydan. Saat 15.00
Zirə-2 – MOİK
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Sabah-2 – Qaradağ Lökbatan
Hakimlər: RAUF ALLAHVERDIYEV, Yaşar Abbasov, Ruslan Quliyev, Etibar Həsənov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə. Qəsəbə stadionu. Saat 15.00
1. MOİK 15 11 2 2 28-11 35
2. Sumqayıt-2 15 11 1 3 37-15 34
3. Neftçi-2 15 9 2 4 20-17 29
4. Şüvəlan 15 7 5 3 19-15 26
5. Zaqatala 15 6 6 3 24-15 24
6. Keşlə-2 15 7 2 6 23-19 23
7. Qaradağ Lökbatan 15 7 2 6 14-17 23
8. Qarabağ-2 14 7 2 5 25-16 23
9. Sabah-2 15 5 4 6 13-11 19
10. Səbail-2 15 4 2 9 19-33 14
11. Turan Tovuz 15 4 1 10 18-29 13
12. Kəpəz 15 2 5 8 9-20 11
13. Ağsu 15 2 4 9 10-26 10
14. Zirə-2 14 3 0 11 13-28 9
Bombardirlər: Cavad Kazımov (Zaqatala) - 11, Raul Yaqubzadə (MOİK) - 10, Elvin Nəsibov (Sumqayıt-2) - 8.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR