Bu gün və sabah Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın klubların lisenziyalaşdırılması və “maliyyə feyr-pleyi” mövzusuna həsr olunmuş regional seminarı keçiriləcək. Seminarda AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, eləcə də qurumun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcək. Seminarda lisenziya və “maliyyə feyr-pleyi” qaydalarının tətbiqi, həmçinin bu qaydalara uyğun “İT Solutions” proqramı üzrə treninqlərin keçirilməsindən bəhs ediləcək. Bundan başqa, klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər haqda müzakirələr aparılacaq.