Sizin reklam burada

Dördüncü “Media turniri” başlayır

Title
Dördüncü “Media turniri” başlayır
AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən ənənəvi “Media turniri”ndə yaz birinciliyi martın əvvəlində start götürəcək. Dördüncü dəfə təşkil olunacaq yarışa martın 4-də start veriləcək. Əvvəlkilərdən fərqli budəfəki turnir “Avropa Liqası 2019 Media Cup” adlanacaq ki, bunun da səbəbi bəllidi. Birincilik finalı bu il Bakı Olimpiya Stadionunda təşkil olunacaq AL-ə həsr olunub. Təxminən 10 gün sonra start götürəcək yarışda əvvəlki 3 (Media-1, Media-2, Media-3) turnirdə top qovmuş idman jurnalistləri iştirak edəcək. Qeydiyyat prosesi fevralın 19-da başlayıb, ayın 25-i son tarixdi. Hər komanda maksimum 13 oyunçu sifariş edə bilər. Turnirin oyunları həftənin bazar ertəsi və çərşənbə günləri, saat 20.00 və 21.00-da AFFA-nın həyətindəki meydanda keçiriləcək. Yalnız 3-cü turun qarşılaşmaları martın 17-nə təyin olunub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.