Dünyanın ən güclü 1000 məşqçisinin ötən həftə üçün növbəti reytinq cədvəli açıqlanıb ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov da yer alıb. "Qarabağ”ın təcrübəli baş məşqçisinin hesabında ötən həftə olduğu kimi 1073 xal var. Bununla 502-ci pillədəki mövqeyini qoruyan 47 yaşlı mütəxəssis Kike Sançes Flores, Filippo İnzaqi və Roberto Donadoni kimi tanınmış simaları qabaqlayır.