“Sumqayıt”: 70 illiyə 7-ci yerdə?!
Özünü doğrultmayan qış transferləri, “ərköyün qocalar”, haqq etmədiyini qazananlar...
Qış fasiləsindən sonra premyer-liqada mübarizənin daha gərgin məcrada davam edəcəyini, sürpriz nəticələrə şahidlik edəcəyimizi hələ ötən ilin sonlarında qeyd etmişdik. Fasilədən sonra baş tutan üç turda ehtimallarımızın hardasa doğrulduğun desək, yanılmarıq. Çempionatın aşkar liderləri “Neftçi” və “Qarabağ” hələ ki məğlub olmadan yola davam edirsə, qalan 6 komanda arasında uduzmayan qalmayıb. Ancaq 6 kollektiv arasında biri var ki, premyer-liqanın ikinci yarısında xala həsrət qalıb. Yəqin ki, söhbətin “Sumqayıt”dan getdiyini başa düşdüz.
Hesabında 15 xal olan və ilk yarını 6-cı yerdə başa vuran “kimyaçılar”ın fasilədən sonra daha yaxşı təsir bağışlayacağını gözləmək olardı. Hər halda, noyabrda baş məşqçi postunda Nazim Süleymanovu əvəzləyən Ayxan Abbasovun fasilə dönəmində istədiyi komandanı formalaşdıra biləcəyini, futbol fəlsəfəsinə uyğun yeni transferlər həyata keçirib “Sumqayıt”ı daha yüksək pillələrə daşıyacağını güman edənlərin sayı yetərincə yüksək idi. Çalışdırıcı özü də həmin ərəfədə qəzetimizə açıqlamasında rəhbərliyin onun bütün istəklərini həyata keçirməyə hazır olduğunu bildirmiş, hətta belə etimada görə başda klub prezidenti Riad Rəfiyev olmaqla, rəsmilərin hər birinə təşəkkür etməyi lazım bilmişdi. Ancaq geridə qalan 3 tur göstərdi ki, heç də hər şey Abbasovun istədiyi kimi deyil. Daha dəqiq desək, 38 yaşlı mütəxəssisin hesablamaları və təxminləri özünü doğrultmur. 3 tur ardıcıl məğlubiyyət acısı yaşayan sumqayıtlılar artıq turnir cədvəlində 7-ci pilləyə yuvarlanıblar. Sonuncu yerdə qərarlaşan “Zirə” ilə arada cəmi 1 xal fərq var. Bəs bu enişin, uğursuz çıxışın arxasında nə durur? Bu yazıda “kimyaçılar”ın geriləməsinin səbəblərini araşdırmağa çalışacağıq.
Uğursuz qış bazarlığı
“Gənclik şəhəri”nin təmsilçisinin “vuran ayaq” problemi ilə üzləşdiyi hamıya məlumdu. İlk dövrədə sırf forvard kimi Atilla Yıldırımın ümidinə qalan komanda hər oyunda çoxsaylı qol vəziyyətləri yaratsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdi. “Sumqayıt”a gələnə qədər Hollandiya və Türkiyədə bir çox klubların heyətində çıxış etməyə imkan tapmış Yıldırım meydanda olduğu müddətdə çalışqanlığı ilə seçilsə də, rəqib torunu silkələməkdə çətinlik çəkirdi. Təsadüfi deyil ki, qışa qədər “ağ-göylər”in ən sərrast futbolçusu, bir qədər absurd görünsə də, müdafiəçi Şəhriyar Əliyev idi. Bu üzdən ilk yarıdan sonra yaranan fasilədə “ağ-göylər”ə təcili sürətdə yeni, qolçu forvard lazım idi. Yazılmamış qanunlara görə “Sumqayıt”a legioner qadağası qoyulduğundan klub məcburi şəkildə əslən azərbaycanlı hücumçu tapmalı idi ki, rəsmilər uzun sürən axtarışlardan sonra həmin “ağ atlı oğlan”ı Cənubi Azərbaycanda tapdı. “Traktorsazi”nin yetirməsi olan Peyman Babayi irəli xətdə problemi həll etmək üçün “kimyaçılar”a dəvət olundu. Təəssüf ki, son klubu “Maşınsazi” olan forvard nə Antalyadakı yoxlama görüşlərində, nə də premyer-liqada meydana çıxdığı iki qarşılaşmada heç nə ilə yadda qalmadı. O istər “Qəbələ”, istərsə də “Qarabağ” ilə matçda ümidləri doğrultmadı. Ağdamlılarla görüşdə Peymanın meydana nə üçün çıxıdğını bəlkə də özündən başqa heç kim başa düşmədi. Hələ bu azmış kimi, oyunun tempinə dözməyən, ictimaiyyətə “bəh-bəh”lə təqdim olunan “8 nömrə” ikinci hissənin sonlarına yaxın zədələnərək meydanı erkən tərk etdi ki, bu da “iranlı futbolçular fiziki cəhətdən bizimkilərdən seçilirlər” təsəvvürünü alt-üst etdi. “Kimyaçılar”ın fasilədə rənglərinə bağladığı ikinci Peyman isə sən demə, fırıldaqçı imiş. Türkiyə toplanışında Ayxan bəyin rəğbətini qazanan müdafiəçi göstərdiyi performansla diqqət mərkəzinə düşsə də, “Sumqayıt”ın bir mövsümdə onun 3-cü klubu olacağını rəhbərlikdən gizlətməklə yadda qaldı. Qısa vaxtdan sonra məsələnin üstü açılanda isə artıq gec idi. Çıxlmaz vəziyyətə düşən Abbasov boşluğu aradan qaldırmaq üçün Antalyada bəyənmədiyi Elvin Bədəlovu komandaya çağırmaq məcburiyyətində qaldı. Ümumiyyətlə, “kimyaçılar”ın qış fasiləsində yürütdüyü transfer siyasətinin iflasa uğradığını qeyd etmək lazımdı. Ötən yay Aleksey İsayev, Əli Babayev kimi uğurlu keçidlərə imza atan klub qışda kimlərinsə səhvi, səhlənkarlığı səbəbindən fürsəti boşa verdi. Son anda heyətə cəlb olunan, İsraildə yaşayan, əslən azərbaycanlı Əmir Ağayev də hələ ki ümidləri doğrultmur. Yerli bazardan alınan “məhsullar” barədə də eyni fikirləri səsləndirmək olar. “Neftçi”dən cəlb olunan qolkiper Rəşad Əzizli həm “Qəbələ”, həm də “Qarabağ” ilə görüşlərdə uzaqdan vurulan zərbələrin qarşısında acız qaldı. “Ağ-qaralar”ı “kimyaçılar”a dəyişən zaman qəzetimizə açıqlama verən qolkiper Roberto Bordindən narazı qaldığını gizlətmədən “deyəsən, Bordin məni “Şerif”də çalışandan tanıyır, ona görə də “Neftçi”yə gələndən sonra yoxlama görüşündə belə şans vermədi” deyib, italyan mütəxəssisdən narazılığını ifadə etmişdi. Fasilədən sonra ilk iki turda əsas heyətdə meydana çıxan qapıçının uzaqdan vurulan zərbələrinin qarşısını ala bilməməsi Bordinin onunla bağlı düzgün qərar verməsindən xəbər verir. Eyni sözlər fasilədə “Zirə”ni “Sumqayıt”a dəyişən Adil Nağıyev barədə də söyləmək mümkündü. Müdafiəçi “Keşlə” ilə matçda elə sadə səhvə yol verdi ki, normal komandalarda onun kimiləri bu “quş”a görə aylarla əsas heyətə həsrət qoyurlar. “Kimyaçılar”ın 2019-a uğursuz başlamasının səbəblərindən biri də, heç şübhəsiz, yanlış, düzgün olmayan transferlərdi.
Çətin təqvim
“Sumqayıt”ın yeni “futbol ili”nə uğursuz start verməsinin səbəblərindən biri də təqvimdi. 14-cü turda çətin Qəbələ səfərinə yollanan “kimyaçılar”ın əsas hədəfi 1 xal olsa da, arzularına çata bilmədilər. Ardınca isə “ağ-göylər”i “Neftçi” ilə matçda xal itirən yaralı “köhlən atlar” gözləyirdi. Baş məşqçinin yanlış start heyətindən maksimum yararlanan ağdamlılar ikinci yarıda bir qədər çətin anlar yaşasalar da, sonda istədikləri qələbəni əldə edə bildilər. İkinci yarının ilk iki turu doğrudan da təqvim baxımından sumqayıtlılar üçün münasib deyildi. Ötən şənbəyə təsadüf edən “Keşlə” məğlubiyyətinin kökündə isə nələrin durduğunu araşdırmaq, yəqin ki, baş məşqçinin və rəhbərliyin üzərinə düşür. Bizim mülahizələrimizə görə, 2019-un ilk iki turunda qeydə alınan məğlubiyyətlər komandanı psixoloji cəhətdən sarsıdıb və futbolçularda özünəinam itib. Bu səbəbdən də Elvin Məmmədov kimi təcrübəli futbolçu əsəblərinə sahib çıxa bilməyərək son saniyələrdə lazımsız penaltiyə səbəb olur. Bunun günahı isə, heç şübhəsiz ki, məşqçilər korpusundadı. Necə deyərlər, udanda komandanın adına yazılır, məğlubiyyətə səbəbkar isə hər zaman baş məşqçidi.
Liderin olmaması
İstənilən komandada “ağsaqqal futbolçu”nun olması vacib şərtdi. Bu missiyanı üzərinə götürən oyunçular baş məşqçinin meydanda əsas “silahdaşı” olur. Kağız üzərində “Sumqayıt”da bu funksiyanı Vurğun Hüseynov, Rail Məlikov, Əfran İsmayılov və Elvin Məmmədovun yerinə yetirməli olduğunu görmək olar. İlk ikisi bəlkə də hardasa bu işin öhdəsindən gəlir. Ancaq eyni sözləri nə Elvin, nə də Əfran haqda söyləmək mümkündü. Halbuki həm İsmayılov, həm də Məmmədov “ağ-göylər”in ən ödənişli 3 futbolçusundan biridi. Əfran nə qədər istedadlı futbolçu olsa belə, intizamsızlığı və ərköyünlüyü ilə ad çıxarıb. “Qarabağ”la oyun ərəfəsində onun iki məşqi buraxmasını Ayxan bəy mətbuat konfransında hamının diqqətinə çatdırdı. Baş məşqçi üstüörtülü olsa da, onun ipə-sapa yatmadığını ictimaiyyətin diqqətinə çatdırdı. Əfran konkret bu gün “Sumqayıt”da adına görə futbol oynayır. Bu azmış kimi, bəzən o bütün sərhədləri aşaraq, istər məşqdə, istərsə də çempionat oyunlarında komanda yoldaşlarına yerli-yersiz çox kobud formada iradlarını bildirir ki, bu da düşərgədə ab-havanın pozulmasına rəvac verir. Elvindən isə danışmağa dəyməz. Məmmədov cari mövsümdə cəmi 2 oyunda meydanda varlığını büruzə verib. İlk dövrəyə təsadüf edən “Sabah” və “Qarabağ”la görüşlərdə nəyə qadir olduğunu göstərən yarımmüdafiəçi geridə qalan oyunların çoxunu zədə səbəbindən buraxmalı olub. Onun yerinə kim olsaydı, aldığı əməkhaqqının əvəzini vermədiyinə görə utanar, rəhbərliyə yaxınlaşıb maaşının azaldılmasını istəyərdi. Karyerasını pula qurban verən yarımmüdafiəçi isə özündə belə cəsarət tapmayıb. Onun maaşı da kollektivdə qıcıq doğuran məqamlardan biridi. Bizdə olan bilgiyə görə, bəzi oyunçular “meydana çıxmaya-çıxmaya filan qədər pul alır, biz isə hər tur meydanda can qoysaq da, Elvinin aldığının yarısını almırıq” deyərək, kənarda giley-güzar edirlər. “Sumqayıt”ın “qara zolağa düşməsinin” səbəblərindən biri də qeyd etdiyimiz kimi, kollektivdə liderin, çətin anda komandanı öz arxasınca apara biləcək futbolçunun yoxluğudu.
Nəticə
Növbəti turda “Sumqayıt”ı “Zirə” ilə prinsipial oyun gözləyir. Yəqin ki, istər məşqçilər korpusu, istərsə də futbolçular həmin oyunun statusunu yaxşı anlayır. “Qartallar”la qarşılaşmadan da “kimyaçılar” məğlub ayrılsa, futbol mədəniyyətinə görə daim ingilis fanatlarına bənzətdiyimiz sumqayıtlı azarkeşlər uğursuzluğu bağışlamayacaq. Odu ki, Ayxan Abbasov və futbolçular yaşananlardan nəticə çıxarmalı, ölkənin 3-cü ən böyük, daim futbol ənənəsi olan şəhərin adı naminə meydanda can qoyub qalib gəlməlidi. Klub rəhbərliyi və düşərgədə yer alanlar onu da unutmasınlar ki, 2019 Sumqayıt şəhəri üçün xüsusi önəm daşıyır. Məhz bu il “gənclər şəhəri” 70 illik yubileyini qeyd edir. Yubiley ilində şəhərin təmsilçisinin son pillələrdə qərarlaşması bütün sumqayıtlılar adına biabırçılıqdı. Bunu ərköyün Əfran da bilsin, haqq etmədiyi maaşı alan Elvin də.
RƏŞAD

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər