
Ölkə futbolu
709
20.02.2019, 15:45
Əliyar Ağayev VAR-da sınanacaq
Antalyada UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək. Yarış aprelin 19-dan 26-dək baş tutacaq. Oyunları idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq. 42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, laysmanlar Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.