• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gilavar”ın 1 yaşı tamam oldu

Ölkə futbolu

19-02-2019, 13:0

“Gilavar”ın 1 yaşı tamam oldu
Zeynal Kərimzadə: “Bu dəqiqə heç bir kommersiya marağımız yoxdu”
Dünən “Gənclik”də “Gilavar”ın tədbiri idi. “Yeri var” ləqəbli restoranın yox. Cəmi bir ildi fəaliyyət göstərən və gələcəklə bağlı ciddi planlar quran bu adda uşaq futbol məktəbinin 1 yaşı tamam olurdu. “Caspian” ticarət mərkəzinin yanında yerləşən “Azfar”ın meydançasına çox sayda valideynin və kifayət qədər tanınan idmançıların təşrif buyurmasına “Gilavar”ın ad günü səbəb olmuşdu. “Neftçi”nin futbolçuları Ruslan Abışovla Tural Axundov, “Araz”ın və futzal millisinin əsas qapısıçı Rövşən Hüseynli, həmçinin AZAL-dakı çıxışları ilə yadda qalan Nuqzar Kvirtiya 1 yaşlı səbəbkarı təbrik etmək üçün istirahət günü olmasına baxmayaraq, adı çəkilən məkana üz tutmuşdu.
Xeyli sayda valideynin də iştirak etdiyi tədbirdə gələcəyin ulduzları hazırda top qovan futbolçularla şəkil çəkdirmək imkanı qazanandan sonra xüsusi hazırlanmış çərçivədə topla bacarıqlarını nümayiş etdirdilər. Klubun təsisçisi və rəhbəri Zeynal Kərimzadə, həmçinin əsas məşqçi Namiq Həsənov ad günü ilə bağlı fikirlərini deyib, gələcəklə bağlı arzularını dilə gətirdilər. Sonda üzərində “Gilavar” yazılmış tort kəsildi, hər kəs furşet masası arxasına toplaşdı.
Biz də öz növbəmizdə Zeynal bəyə yaxınlaşıb, “Gilavar”ın dünəni, bu günü və sabahı ilə bağlı suallara cavab tapmağa çalışdıq.
- Belə bir klubun yaradılması ilə bağlı təşəbbüs kimdən gəldi?
- Özüm futboldan uzaq adamam. O mənada ki, futbolla məşğul olmamışam. Uzun illərdi tam fərqli sektorda – maliyyə sahəsində çalışıram. Ötən il bu vaxt oğlum 2,5 yaşındaydı, onu futbola yazdırmaq istəyirdim. Bu məqsədlə klub axtarmağa başladım və məlum oldu ki, 3 yaşlı uşağı qəbul edəcək belə bir klub yoxdu. Belə deyim, bazarın boş olduğunu görüncə ağlıma belə bir ideya gəldi. Həm öz oğlumun, həm də futbola həvəs göstərən başqa uşaqların bu işlə məşğul olması üçün “Gilavar”ı yaratdım.
- Məqsədiniz, hədəfləriniz nədən ibarətdi?
- Bu gün klubda 3-12 yaş aralığında uşaqlar futbolun sirlərinə yiyələnir. Bu, uşaq futbol məktəbidi, böyük futbola keçidlə bağlı planımız yoxdu. Sadəcə, özümüzdəki və xaricdəki peşəkar futbol klubları üçün layiqli futbolçular yetişdirmək istəyirik. Dəqiq desəm, təməllərinin sağlam qurulmasında maraqlıyıq.
- Belə başa düşdüm ki, hədəf pul qazanmaq deyil.
- Bu dəqiqə heç bir kommersiya marağımız yoxdu. Planımız uzunmüddətli investisiya üçün hesablanıb. Bəlkə də nə vaxtsa bu işə gəlir mənbəyi kimi baxmaq mümkündü. Söhbət indidən gedirsə, qazanc götürməkdən çox, oğlum da daxil olmaqla, başqa uşaqların gələcəkdə adından söz etdirməsi yönündə işlər görürük. Ümumi məqsəd isə ölkə futboluna xidmət etməkdi.
- Hazırda neçə uşaq “Gilavar”da futbolun sirlərinə yiyələnir?
- Qeydiyyatda 80-ə yaxın uşaq var.
- Seçim turları olur? Ümumiyyətlə, kluba uşaqlar necə cəlb olunur?
- Üç aydan bir seleksiya xarakterli məşqlərimiz olur. Hər yaş qrupuna uyğun istedadlı uşaqlar seçilir. Məşqçilərimizin perspektiv gördüyü uşaqlar seçilir və onlara pulsuz abunə imkanı yaradılır. Heç bir ödəniş etmədən hazırlığa qatılırlar.
- Uşaqların 12 yaşından sonrası üçün planlarınız necədi?
- Bununla bağlı bir neçə peşəkar klubla danışıq aparırıq. Bu işdə mütləq tramplin rolunu oynayan klublar olmalıdı. Klubun açılışında “Qəbələ” Futbol Akademiyasının baş skautu Böyükağa Ağayev iştirak etmişdi. O vaxt da futbolçuların mübadiləsi mövzusunda söhbətimiz olmuşdu.
- Ölkə daxilində keçirilən hansısa çempionat və ya turnirlərdə iştirak etmək niyyətiniz var?
- Hazırda AFFA tərəfindən 6-8 yaş aralığında uşaqlar arasında “Akademiya kuboku” adlı yarış keçirilir. Həmin yarışda iştirak edirik və artıq 2 oyun oynamışıq. Yetərincə güclü rəqiblər olmasına baxmayaraq, müqavimət göstərməyə çalışırıq.
- Əsas məsələ: aylıq ödəniş neçə manatdı?
- Məktəbdən-məktəbə fərq var. Həftədə 2, ayda 8 dəfə olmaqla 60 manatdı. Bu, “Gənclik” filialımızdadı, şənbə və bazar günləri. “Xətai” filialımızda isə həftədə 3, ayda 12 məşq olmaqla aylıq ödəniş 30 manatdı.
- Meydançaların icarə haqqı, məşqçilərin maaşı və inventarlaşmanı nəzərə alsaq, qazancınız xərcləri qarşılaşamağa imkan verir?
- Sözsüz, müəyyən çətinliklər olur. Çalışırıq ki, yoluna qoyaq.
- Klubda neçə məşqçi işləyir?
- Hazırda üç məşqçi ilə əməkdaşlıq edirik. Baş məşqçimiz Namiq Həsənovdu. Digəri Namiq İsgəndərov və ukraynalı Riçard Hotradı. Məşqçilərimiz UEFA-nın B və C kateqoriyaları üzrə lisenziyaya sahibdilər.
- Klubun tanınması yönündə nə kimi işlər görürsüz?
- Yaranan ilk gündən “feysbuk” və “instaqram” kimi sosial şəbəkələrdə səhifələrimizi yaratmışıq. Kifayət qədər də fəallıq var. Saytımız da var, sadəcə, hazırda üzərində yenilənmə ilə bağlı işlər görülməkdədi. Saytda valideynlər üçün bölüm yaradılacaq ki, ata-analar ordakı məlumatlar sayəsində övladlarının inkişaf proqramı ilə tanış ola biləcəklər.
HƏBİB

Oxunub: 1 351
Paylaş:
Digər xəbərlər

Aktual

2-04-2019, 13:0

“Old Wolf”un 1 yaşı tamam oldu

Ölkə futbolu

7-03-2019, 19:0

“Leon” kubok qazandı, Raulu bombardir oldu

Ölkə futbolu

13-04-2018, 23:0

“Neftçi” Çingiz İsmayılovu təbrik etdi

Ölkə futbolu

27-03-2018, 18:0

Rövşən kapitan oldu, “Araz” coşdu

Ölkə futbolu

3-02-2019, 12:0

Yunis Hüseynov ad gününü qeyd etməyəcək

Foto

11-09-2019, 12:0

Tortdan yedi, qol vurdu, amma...

Aktual
“Sheki City”nin futbolçularına orijinal təklif: “Çempion olun, şam yeməyi məndən”
“Olimpiakos”un futbolçuları “Qəbələ”yə təşəkkür etdi – Famil Xəlilov səbəbi açıqladı
“…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama
Gözəl ABŞ-da nə görüb?
“Qısası, “udacam” deməklə olmur da, əzmkarlıq, həvəs göstərməlisən”
“Sabah səhər 4.20-də Afinaya yollanırıq” – dedi və bədbin danışdı
Son xəbərlər
  • Bu gün, 13:30
    Zirvənin həqiqi sahibi qayıtdı? - KÖŞƏ
  • Bu gün, 13:09
    “Səbail” Ölkə Kubokunda ən böyükhesablı qələbəsini qazanıb
  • Bu gün, 12:58
    "Qarabağ" Norveçə bir itki ilə yollandı
  • Bu gün, 12:37
    İki klub “Sumqayıt”ın təklifini rədd etdi
  • Bu gün, 12:16
    Fernandeş ''Qalatasaray''ı təriflədi
  • Bu gün, 11:55
    Kriştiano Ronaldodan alqışalayiq hərəkət
  • Bu gün, 11:34
    "Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik"
  • Bu gün, 11:13
    U-19 millimiz Mərakeşə də uduzdu
  • Bu gün, 11:00
    "Qəbələ" "Olimpiakos" səddini adlayacaq? - YENİLƏNİR
  • Bu gün, 10:52
    “Sheki City”nin futbolçularına orijinal təklif: “Çempion olun, şam yeməyi məndən”
  • Bu gün, 10:31
    “Xarı Bülbül” Çelenc Kubokunda cavab oyununa çıxacaq
  • Bu gün, 10:00
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 02:14
    “Borussiya” və “Barselona”dan qələbə, PSJ xal itirdi - YENİLƏNİB
  • Dünən, 22:51
    Fernandeş ''Qalatasaray''ı təriflədi
  • Dünən, 22:30
    Kriştiano Ronaldodan alqışalayiq hərəkət
  • Dünən, 22:15
    Ançelotti Madriddən Mançesterə yollanacaq?
  • Dünən, 21:50
    Modriç “Napoli”yə qarşı oynaya biləcək?
  • Dünən, 21:21
    Neapoldan Londona üz tuta bilər
  • Dünən, 20:51
    De Bruyne nə vaxt qayıdacaq?
  • Dünən, 20:30
    Almaniya klubunda yeni təyinat
  • Dünən, 20:10
    “Portu” ilə matçı buraxa bilər
  • Dünən, 19:50
    “Qarşımıza çempion olmaq hədəfi qoyulub” – 9:0 onu ümidləndirib
  • Dünən, 19:30
    Ötən həftənin sitatları
  • Dünən, 19:10
    "Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ
  • Dünən, 18:50
    Kubokda yola davam: iki günə 9 oyun - YENİLƏNİB
  • Dünən, 18:36
    Çox-çox maraqlı açıqlama: “İstefa varsa, deməli, rəqabət var”
  • Dünən, 18:18
    “Qapımız önündə təhlükəli vəziyyət olmadan 0:2 uduzuruq” – istefa verən məşqçi nədən narazıdı?
  • Dünən, 17:32
    “Olimpiakos”un futbolçuları “Qəbələ”yə təşəkkür etdi – Famil Xəlilov səbəbi açıqladı
  • Dünən, 17:11
    AFFA-dan son cavab: bir-iki gün də gözləyin!
  • Dünən, 16:50
    Bilel şou göstərdi, tovuzlular yubiley oyununda darmadağın oldu - REPORTAJ
  • Dünən, 16:29
    "Sarpsborq" oyunda "Molde" necə təsir bağışladı? - REPORTAJ
  • Dünən, 16:08
    Adil Şükürov xalla başladı - REPORTAJ
  • Dünən, 15:57
    “Neftçi” qələbəni son anda əldən verdi - REPORTAJ
  • Dünən, 15:36
    “…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama
  • Dünən, 15:15
    Əla təşkilatçılıq, zəif film: Qurban Qurbanovun karyerasına yaraşmadı!
Daha çox
Oxunub: 3 533
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 2 741
Türkiyə klubu Mutunun qara siyahısında olan futbolçu ilə maraqlanır
Oxunub: 1 876
Bu komanda Xankəndini təmsil edəcək?
Oxunub: 1 787
Samir Əliyev adaşını bağışlamamalıdı
Oxunub: 1 656
"Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"
Oxunub: 1 653
Turan Manafov tualetə gedib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə