Yığmamızın sabiq üzvü Murad Ağayev karyerasını Moldovada davam etdirməyə yaxındı. Belə ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi bu ölkəyə baxışa yollanıb. Rusiya futbol məktəbinin yetirməsi "Sfıntul George" klubunun düşərgəsindədi. Murad elita təmsilçisinin heyətində baxışdan keçir. Təlim-məşq toplanışında olan Suruçenı klubunun baş məşqçisi Sergey Çebotari Ağayevi bəyənərsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, Moskva MOİK-nin yetirməsi olan Murad Ağayevin ilk peşəkar komandası "Sumqayıt" olub. "Gənclik şəhəri" təmsilçisindən sonra uyğun ardıcıllıqla AZAL, yenidən "Sumqayıt", həmçinin "Neftçi" və "Səbail"in formasını geyən Myrad sonuncu komandanı ötən ilin yayında tərk edib və həmin vaxtdan klubsuzdu. Ağayev yığmamızın heyətində bir oyuna çıxıb. O, 2012-ci ilin fevralında Sinqapurla baş tutan yoxlama matçında (2:2) 45 dəqiqə oynayıb.