İspaniya sequndasında 26-cı turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Alkorkon” səfərdə “Ovyedo” ilə üz-üzə gəlib. Qonaqlar minimal hesabla (0:1) uduzub. İsrafilov da görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Eddi 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Hazırda 38 xala malik “Alkorkon” 8-ci pillədə qərarlaşıb.
Türkiyənin 1-ci liqasında 22-ci tur çərçivəsində Ufuk Budakın şərəfini qoruduğu “Boluspor” səfərdə “Altay”la qarşılaşıb. Bolu təmsilçisi evə əliboş dönüb - 0:1. Ufukun adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Boluspor”un 32 xalı var və turnir cədvəlində səkkizincidi.
Turun digər oyununda isə Dəniz Yılmazlı “Gənclərbirliyi” “Elazığspor”un qonağı olub. Qonaqlar 2:1 hesablı qələbəyə sevinib. Dəniz 83-cü dəqiqədə meydana çıxıb. “Gənclərbirliyi” 44 xalla 3-cü yerdədi.
Hollandiya ikinci liqasının 25-ci turunda Ziya Əzizovun məxsus olduğu “Neymegen” rəqib meydanında “Qou Ehed İqls”lə münasibətləriə aydınlıq gətirib. Matçda məhsuldar heç-heçə qeydə alınıb – 4:4. Ziyanın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. 32 xala malik “Neymegen” turnir cədvəlinin 15-ci pilləsindədi.
Almaniya 2-ci bundesliqasının 22-ci turunda isə Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” səfərdə “Sankt Pauli” ilə üz-üzə gəlib. Aue təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Nazarov ehtiyatda qalıb. “Ertsgebirge”nin 25 xalı var və sıralamada 13-cüdü.
Almaniyanın 3-cü liqasında 14-cü turun oyunları baş tutub. Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” "Osnabrük"ü qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 82-ci dəqiqədə şans qazanıb. Qeyd edək ki, “Proyssen” hazırda 34 xalla 7-ci pillədədi.
FARİZ