Sizin reklam burada

"Bayıl Arena"da 10 qol vurulsa da...

Baxış Sayı:415

"Bayıl Arena"da 10 qol vurulsa da...
MOİK zirvəni ələ keçirdi
Dünən birinci divizionda 15-ci tur çərçivəsində daha 4 görüş baş tutub. Cümə axşamı start götürən turun ikinci oyun günü sürpriz nəticə ilə yadda qalıb. Belə ki, lider "Sumqayıt-2" "Səbail-2" ilə oyunda büdrəyib. Özü də "Bayıl Arena"da qeyri-adi hesab qeydə alınıb. Görüşdə 10 qol vurulub ki, tərəflər hərəyə 5 dəfə fərqlənib. Dramatik keçən, həm qol, həm də vərəqə baxımından məhsuldar alınan qarşılaşmada məğlubiyyətdən hakimin əlavə etdiyi 7-ci dəqiqədə qurtulan sumqayıtlılar liderliyi əldən verib. Belə ki, MOİK "Turan Tovuz"la ev oyununda asan qələbə qazanıb. "Hərbçilər" qərb təmsilçisini ikinci hissədə vurduğu üç cavabsız qolla darmadağına məruz qoyaraq, zirvəni ələ keçirib. "Keşlə"nin əvəzediciləri isə "Qaradağ Lökbatan" üzərində inamlı qələbə qazanıb. Ülvi İbrahimov hər hissədə bir qol vuraraq, dubla imza atmaqla yanaşı, komandasının turnir cədvəlində iki pillə irəliləməsinə şərait yaradıb. Daha bir iddialı komanda - "Şüvəlan" isə "Ağsu" səfərindən 3 xalla dönüb. Hərçənd Adil Şükürovun komandası çətin qələbə qazanıb. Görüşün taleyini Tural Qürbətovun sona 10 dəqiqə qalmış vurduğu bir qol həll edib. Beləliklə, Şüvəlan təmsilçisi 4-cü pilləyə yüksəlib.
Birinci divizion
2-ci dövrə, 15-ci tur
15 fevral
Keşlə-2 – Qaradağ Lökbatan 2:0
Ülvi İbrahimov, 6; 79.
MOİK – Turan Tovuz 3:0
İlqar Ələkbərov, 50. Ümid Şükürlü, 62. Bahadur Həziyev, 71.
Səbail-2 – Sumqayıt-2 5:5
Xəzər Mahmudov, 17; 34. Təyyar Məmmədov, 48. Ədilxan Qarəhmədov, 65. Ruslan Hacıyev, 87 - Famin Əliyev, 23-öz qapısına. İbrahim Əliyev, 64; 88. Fərid Kərimzadə, 70-p. Elvin Dəmirov, 90+7.
Ağsu – Şüvəlan 0:1
Tural Qürbətov, 80.
Turun qalan oyunlarının nəticələri: Zaqatala – Sabah-2 2:1 (Maqsud Ələkbərov, 35. Cavad Kazımov, 44 - Eldost Qiyasbəyli, 63-p), Neftçi-2 – Kəpəz 3:2 (Vüsal Əsgərov, 18; 37. Mirkamil Əliyev, 66 - Elgün Orucov, 57. Əli Səmədov, 62-p).
1. MOİK 15 11 2 2 28-11 35
2. Sumqayıt-2 15 11 1 3 37-15 34
3. Neftçi-2 15 9 2 4 20-17 29
4. Şüvəlan 15 7 5 3 19-15 26
5. Zaqatala 15 6 6 3 24-15 24
6. Keşlə-2 15 7 2 6 23-19 23
7. Qaradağ Lökbatan 15 7 2 6 14-17 23
8. Qarabağ-2 14 7 2 5 25-16 23
9. Sabah-2 15 5 4 6 13-11 19
10. Səbail-2 15 4 2 9 19-33 14
11. Turan Tovuz 15 4 1 10 18-29 13
12. Kəpəz 15 2 5 8 9-20 11
13. Ağsu 15 2 4 9 10-26 10
14. Zirə-2 14 3 0 11 13-28 9
Bombardirlər: Cavad Kazımov (Zaqatala)- 11, Raul Yaqubzadə (MOİK) - 10, Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR