İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan U-19 dünən növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Yığma Bakı vaxtı ilə saat 19.00-da “Ranero”nun (İspaniya) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Millinin heyəti ilə tanış olun.
Azərbaycan U-19: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov (k), Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Tural Bayramov, Musa Qurbanlı.
Ehtiyat oyunçular: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Əkbər Vəliyev.
Öncə onu qeyd edək ki, Vüqar Məmmədin yetirmələri ilk yoldaşlıq matçını İspaniyanın U-19 millisinə qarşı keçirmişdi. Həmin görüşdə bizimkilər penaltidən yararlana bilməmiş, meydan sahibləri isə ikinci yarıda vurduğu qollarla 2:0 hesablı qələbə qazanmışdı. Bu dəfə Məmmədin komandası rəqibə münasibətdə rəhmsiz davranıb. Belə ki, yığma "Ranero"nun 19 yaşlılarını darmadağın edib - 6:1. İlk hissədən sonra 2:1 hesabı ilə öndə olan milli fasilədən sonra rəqib qapısından daha 4 top keçirərək, darmadağınla qalib gəlib - 6:1. Bu oyunda Qurban Qurbanovun oğlu Musa 4 qol vuraraq poker edib. Bundan başqa, Kamran Quliyev və İdris İnqilablı hərəyə bir dəfə rəqib qapısına yol tapıb.
Yığma İspaniya toplanışı çərçivəsində son sınaq matçını fevralın 17-də keçirəcək. Rəqib Şotlandiya U-19-u olacaq. Maraq üçün dünən İspaniya və Şotlandiyanın da yoxlama matçında üz-üzə gəldiyini, ancaq qalibin müəyyənləşmədiyini (1:1) qeyd edək.
FARİZ