Şahmat Federasiyasında keçirilən qadınlar arasında ölkə çempionatı fevralın 12-də gözlənilən sonluqla yekunlaşdı. İlk turlardan inamlı təsir bağışlayan Günay Məmmədzadə yarşı zirvədə başa vurdu. Yığmanın liderinə sonuncu - 9-cu turda heç-heçə də bəs edirdi. Amma Məmmədzadə ikinci titula (2017-də çempion olub) 8-ci qələbəsini (1 oyunda heç-heçə edib) qazanmaqla qovuşdu. Xanım Balacayeva reytinqinə uyğun (2-ci) pillədə qərarlaşdısa, reytinqin səkkizincisi Gövhər Beydullayevanın “üçlüy”ü qapaması sürpriz oldu. Diqqəti çəkən məqamlardan biri kimi yığmanın təcrübəli üzvlərindən Gülnar Məmmədova ilə Zeynəb Məmmədyarovanın uğursuz çıxışını göstərə bilərik.
9-cu tur
Mələk İsmayıl (1905) - Günay Məmmədzadə (2422) 0:1 Xəyalə Abdulla (2243) - Xanım Balacayeva (2397) 1:0 Gövhər Beydullayeva (2239) - Ləman Hacıyeva (2040) 0,5:0,5
Nərmin Soyunlu (2029) - Türkan Məmmədyarova (2267) 1:0
Zeynəb Məmmədyarova (2307) - Aytac Heydərova (1747) 0,5:0,5
Gülnar Məmmədova (2368) - Səmra Qasımova (1693) 1:0
Aydan Höccətova (2303) - Altunay Hacıyeva (1315) 0:1 (texniki qələbə)
Ayan Allahverdiyeva (2051) - Aysel Cəfərova (1376) 1:0
Babayeva ilə Babazadənin rəqibləri yarışdan çəkilib.
Yekun sıralama: 1. Məmmədzadə - 8,5, 2. Balacayeva - 6,5, 3. Beydullayeva - 6,5, 4. Abdulla - 5,5, 5. T.Məmmədyarova - 5, 6. Soyunlu - 5, 7. L.Hacıyeva - 5, 8. Məmmədova - 4,5, 9. Z.Məmmədyarova - 4,5, 10. Allahverdiyeva - 4,5, 11. İsmayıl - 4,5, 12. Heydərova - 4, 13. Qasımova - 3,5, 14. Höccətova - 3,5, 15. Babayeva - 3,5, 16. Babazadə - 2,5, 17. A.Hacıyeva - 2,5, 18. Cəfərova - 1,5.