Sizin reklam burada

“Səbail” Antalyaya yollanıb

Title
“Səbail” Antalyaya yollanıb
"Səbail" “feysbuk” səhifəsində bir şəkil paylaşıb və şərh bölümündə "gənclərimiz Türkiyəyə təlim-məşq toplanışına yollanıb və tapın görək, hava limanında kiminlə qarşılaşıb - Emil Balayevlə!" xəbərini izləyiciləri ilə bölüşüb. Klubdan öyrəndik ki, söhbət 15 yaşlılardan gedir. Kənan Mahmudovun başçılıq etdiyi yeniyetmələr Türkiyənin Antalya şəhərində təşkil olunan turnirə yollanıb. Detalları klubun mətbuat katibi Törə Əhmədovadan eşidin: "Türkiyədə turnir təşkil olunub. 5 yaşlılardan ibarət komandamızda perspektivli futbolçular olduğuna görə istədik ki, turnirdə iştirak etsin. AFFA rəhbərliyinə həmin liqada komandamızın bir oyununun başqa tarixə keçirməsi üçün məktub ünvanladıq. Razılıq verildi və beləliklə, U-15 Türkiyəyə yollandı. Bir həftə orda olacaqlar. Antalyadakı turnirdə komandamızın rəqibləri Finlandiya təmsilçiləridi. İlk rəqib "Helsinqor"un U-16-sıdı. Ardınca komandamız HİK-dən olan həmyaşıdları ilə qüvvəsini sınamalıdı. Sonuncu rəqib isə Danimarka "Viborq"unun U-15-i olacaq".
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.