Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı
“Ortaq fikir belə oldu ki, yeni turnir daha səviyyəli təşkil olunmalı və klublar maddi cəhətdən daha çox qazanc əldə etməlidi”
Srağagün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. "Qarabağ"ın təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə ("Beşiktaş", "Fənərbaxça", "İstanbul BŞ"), İsrail (Hayfa "Makkabi"si, Təl-Əviv "Makkabi"si) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçiya", Minsk "Dinamo"su, ÇSKA, "Jalgiris", həmçinin "Neftçi", "Qəbələ" və “Qarabağ”) klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Tədbir haqda daha ətraflı məlumat əldə etmək üçün “Qarabağ”ın baş meneceri, Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvü Asif Əsgərovu aradıq: “Bakıda təşkil olunan regional toplantıda yaxın xaricdən və İsraildən qonaqlar gəlmişdi. Ötən həftə belə bir tədbir Fransanın paytaxtı Parisdə keçirilib. Gələn həftə isə Praqada təşkil olunacaq. Bildiyiniz kimi, UEFA 2021-24 aralığında yeni turnir keçirməyi düşünür. Hələ ki turnirin adı məlum olmasa da, şərti olaraq ona Avroliqa-2 adı verilib. Bakıya gələn klub nümayəndələri ilə görüşdə həmin tunirin hansı formatda keçiriləcəyini, hansı ayları əhatə edəcəyini müzakirə etdik. Bundan başqa, reytinqə görə klubların yarışa hansı mərhələdən başlayacağı, kuboku qazananın istər idman, istərsə də maliyyə cəhətdən nə əldə edəcəyi ilə bağlı geniş müzakirələr oldu. Xatırlayırsızsa, UEFA bir ara İntertoto Kuboku təşkil etmişdi. Lakin onun ömrü uzun olmadı və əksər klublar həmin turnirdə iştirakdan imtina etdilər. Bakıya toplaşan klub rəsmilərinin - onu da qeyd edim ki, onların hamısı öz klublarında söz sahibi olan şəxslər idi - ortaq fikir belə oldu ki, yeni turnir daha səviyyəli təşkil olunmalı və klublar maddi cəhətdən daha çox qazanc əldə etməlidi. Bu gün ECA-nın iki nümyəndəsi ali qurumda qərar verən şəxslər arasında yer alıb. Martın 25-də Amsterdamda Avropa Klublar Birliyinin baş assambleyası keciriləcək. Orda regional iclasda səsləndirilən fikirlər ümumiləşdiriləcək və daha sonra UEFA-ya təqdim olunacaq”.
Asif bəy Bakıya gələn klub rəsmilərinin paytaxtımızda gördüklərindən təəccübləndiklərini də vurğulamağı unutmadı: “Avropa Klublar Birliyinin rəhbərliyinə də təşəkkür etmək lazımdı ki, regional toplantını məhz Bakıya təyin etmişdilər. Belə tədbirlər ölkəmizi avropalılara tanıtdırmaq baxımından da əla fürsətdi. Siyahıya baxdıqda özünüz də gördüz ki, Bakıya gələn nümayəndələrin hamısı ölkəsinin aparıcı klublarını təmsil edirlər. Onlar da paytaxtımızda görüdklərindən yaxşı mənada təəccüblənmişdilər. Bakını çox bəyəndilər. Özləri də geri qayıdan ərəfədə Azərbaycanla bağlı müsbət firkirlər səsləndirib, yenidən Bakıya baş çəkmək niyyətində olduqlarını söylədilər”.
RƏŞAD

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər