Bilindiyi kimi, Avroliqanın Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb. Fevralın 15-dək davam edəcək səfər proqramında qitə futbol qurumunun 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan-zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media kimi məsələlərlə bağlı görüşlər keçirir. AFFA-nın baş katibi Elxan Məmmədov srağagün BOS-da təşkil olunan görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.