AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı
Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Toplantı assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında baş tutdu və saat 18.00-da start götürdü. Qeyd edək ki, iclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmamışdı. Qəbul olunan qərarlarla bağlı bu gün saat 11.30-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.
Beləliklə, dünənki toplantıda ölkə futbolu adına önəmli qərarlar verildi. Daha doğrusu, yığmalara təyinatlar gerçəkləşdi. Gözlənildiyi kimi, əsas milli Nikola Yurçeviçə həvalə olundu. Yaxın günlərdə xorvatiyalı mütəxəssislə müvafiq müqavilə imzalanacaq. U-21-ə Milan Obradoviçin, U-19-a isə Samir Əliyevin təyinatı təsdiq olunub. U-15 və U-16 digər serbiyalı Miloş Velebitə tapşırılıb. Velebit eyni zamanda 15, 16, 17, 18 və 19 yaşadək futbolşulardan ibarət millilərin əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.
Maraq üçün qeyd edək ki, Nikola Yurçeviç yığmanın tarixində 16-cı çalışdırıcı oldu. İndiyəqədərki məşqçilərdən Mahmud Qurbanov, Nazim Süleymanov və Qyoko Hacievski müvəqqəti bu vəzifəni icra edib. Yurçeviç yığmanın “sükanı arxasında” 5-ci əcnəbidi. Bu baxımdan milli tarixində ilk əcnəbi braziliyalı Karlos Alberto Torres olub. Yığmada sonuncu əcnəbi məhz Yurçeviçin həmyerlisi Robert Prosineçki idi. Bir sözlə, yığmanın 16-cı məşqçisi, 5-ci əcnəbisi və 2-ci xorvatiyalısı olan Yurçeviçin debütü məhz Xorvatiyaya qarşı olacaq. Belə ki, milli AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də "damalılar"la qarşılaşacaq. Hələ ki o vaxtadək hansısa yoxlama matçı nəzərdə tutulmayıb.
FARİZ
Yığmanın indiyəqədərki bütün çalışdırıcıları
Əhməd Ələsgərov (sentyabr 1992 – yanvar 1993) 1 0 0 1 3-6
Ələkbər Məmmədov (mart 1993 – may 1994) 4 3 1 0 9-5
Məşqçilər Şurası (may 1994) 1 0 0 1 0-5
Ağasəlim Mircavadov (may 1994 – sentyabr 1995) 9 0 0 9 3-29
Kazbek Tuayev (sentyabr 1995 – dekabr 1996) 11 3 3 5 8-15
Vaqif Sadıqov (yanvar 1997 – mart 1999) 21 6 4 11 16-33
Əhməd Ələsgərov (mart 1999 – dekabr 1999) 8 1 1 6 6-22
Əsgər Abdullayev (yanvar 2000 – iyun 2000) 4 0 2 2 0-4
İqor Ponomaryov (iyun 2000 – oktyabr 2001) 15 2 2 11 8-24
Kazbek Tuayev (aprel 2002) 2 0 0 2 0-4
Vaqif Sadıqov (aprel 2002 – oktyabr 2002) 8 1 4 3 5-9
Əsgər Abdullayev (oktyabr 2002 – fevral 2004) 9 1 2 6 8-20
Karlos Alberto Torres (fevral 2004 – iyun 2005) 18 2 6 10 12-36
Vaqif Sadıqov (iyun 2005 – noyabr 2005) 4 0 1 3 1-6
Şahin Diniyev (dekabr 2005 – oktyabr 2007) 20 4 7 9 12-36
Qyoko Hacievski (noyabr 2007 – fevral 2008) 3 0 1 2 1-3
Nazim Süleymanov (mart 2008) 1 0 0 1 0-1
Berti Foqts (aprel 2008 – oktyabr 2014) 71 15 22 34 56-104
Mahmud Qurbanov (noyabr 2014) 1 0 0 1 0-1
Robert Prosineçki (dekabr 2014 – dekabr 2017) 23 6 6 11 22-37
Qurban Qurbanov (dekabr 2017 – dekabr 2018) 12 4 5 3 14-12
Nikola Yurçeviç (fevral 2019)

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər