Sizin reklam burada

U-19 toplanış ərəfəsində yenildi

Title
U-19 toplanış ərəfəsində yenildi
Həftəsonu futzal üzrə birinci divizionda növbəti turun oyunları keçirilib. Bakı İdman Sarayında baş tutan 17-ci turun ilk oyun günündə görüşlərin yarısında heç-heçə qeydə alınıb. "Sovetski" "Ulduz"la, AZMİU isə "Zəngilan"la xal bölgüsünə razılaşıb. "Metropoliten" və ADBTİA hesabına növbəti 3 xalı yazdırıb.
Tura şənbə günü yekun vurulub. İkinci oyun günündə “Yasamal” MFK-nın əvəzediciləri ilə qarşılaşan lider "Baku Fire" böyükhesablı qələbəyə sevinib. İzləyicisi "Standard" da turu itkisiz başa vurub. “Bank təmsilçisi” “Füzuli”nin sürpriz etməsinə imkan verməyib. Mərkəzi oyunda isə U-19 "Green Log"a məğlub olub. Bununla belə, üç gün sonra təlim-məşq toplanışına başlayacaq yığma 4-cü pillədəki mövqeyini qoruyub. Turun son oyununda “Abşeron” birinci dövrədə olduğu kimi, yenə “Çinar Cəbrayıl”dan üstün olub. Turun nəticələrini nəzərinizə çatdırırıq:
Metropoliten – Sabunçu 11:7
Sovetski – Ulduz 2:2
AZMİU – Zəngilan 3:3
ADBTİA – Baku Fans 8:3
Yasamal MFK–2 – Baku Fire 2:9
Standard – Füzuli 5:2
Green Log – U-19 3:2
Çinar Cəbrayıl – Abşeron 3:4
1. Baku Fire 17 16 1 0 149-29 49
2. Standard 17 16 0 1 152-43 48
3. ADBTİA 17 15 1 1 156-23 46
4. U-19 17 10 2 5 139-43 32
5. AZMİU 17 10 2 5 98-61 32
6. Zəngilan 17 9 2 6 88-65 29
7. Green Log 17 9 2 6 81-64 29
8. Metropoliten 17 8 2 7 83-114 26
9. Baku Fans 17 8 1 8 82-64 25
10. Yasamal MFK-2 17 7 1 9 75-81 22
11. Ulduz 17 4 1 12 75-94 13
12. Abşeron 17 4 1 12 67-148 13
13. Füzuli 17 3 2 12 48-134 11
14. Sabunçu 17 3 2 12 48-142 11
15. Çinar Cəbrayıl 17 1 2 14 42-141 5
16. Sovetski 17 1 2 14 43-166 5
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.