MK yığma məşqçiləri ilə görüşdü

Dünən AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri arasında görüş keçirilib. Milan Obradoviç, Vüqar Məmməd və Samir Əliyevin iştirakı ilə keçirilən görüşdə müvafiq komandalar barədə fikir mübadiləsi aparılıb.