Kamran Quliyev Avroliqanın finalında ispan - italyan dueli istəyir
“Üçxallıq üstünlüyümüz var, döyüş isə davam edir”
"Neftçi"nin prezidenti Kamran Quliyev İtaliyanın tuttomercatoweb.com saytına müsahibə verib. Təbii, Roberto Bordinin “ağ-qaralar”ı çalışdırmasının ardından Canluka Sansonenin də flaqmana transferi bu ölkədən olan həmkarlarımızın diqqətini cəlb edib. Məhz bu üzdən də sözügedən sayt klub prezidentinin düşüncələrini öyrənmək qərarına gəlib.
- Canluka Sansonenin "Neftçi"yə keçidi necə baş tutdu?
- Hücum xəttini gücləndirmək üçün namizədləri uzun müddət axtardıq. Lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka İtaliyada çox məşhur futbolçudu. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına əla təminatlar da almışıq
- Komandalarınızda italyan futbolçu var?
- Əsas komandada yox, ancaq U-12 komandasında Lorentso Mezzotero var. Bizdə oynayan çox istedadlı yeniyetmə hücumçudu. Onun atası Azərbaycanda fəaliyyət göstərən italyan neft şirkətlərinin birində çalışır.
- İtaliya transfer bazarına yenidən çıxacaqsız?
- İtaliyalı futbolçuların Azərbaycana axınının gələcəkdə də davam etməsi mümkündü. Ölkəniz bu idman növündə liderlərdəndi. İtaliyadan olan futbolçuları almaq asan deyil. Lakin Sansonenin transferi yeni futbol macəralarına ehtiyac duyan futbolçularınızın bura yolunu aça bilər. Azərbaycan sürətlə inkişaf edir və gələcəkdə ölkəmizdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündü. Canluka Azərbaycan premyer-liqasında ilk italiyalı futbolçudu. Ümidvarıq ki, başqaları da bura gələcəklər.
- Gəlin, klubunuzun tarixindən danışaq...
- Klubumuz 1937-ci ildə yaradılıb və uzun müddət SSRİ çempionatında "Neftyanik" və ya "Neftçi" adları ilə mübarizə aparıb. "Neftçi" 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədə təşkil olunan dünya çempionatında 4-cü yeri tutub.
- Sonra müstəqillik dönəmi gəldi...
- Postsovet məkanında Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq.
- Və İtaliya "İnter"i ilə bir qrupa düşdüz...
- Qrupdakı ilk matçımızda "İnter"ə Bakıda keçirilən oyunda 1:3 hesabı ilə uduzsaq da, "San Siro"da böyük şücaət göstərərək, 2:2 hesablı heç-heçə etmişik.
- "Neftçi"nin yaxın illərdə məqsədi nə olacaq?
- Yaxın bir neçə ildə "Neftçi"nin məqsədi əvvəlcə Avroliqanın, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarətdi.
- Çempionat yenidən bərpa olunub və ən yaxın izləyiciniz "Qarabağ"dan 3 xal irəlidəsiz. Bu liderliyə görə Roberto Bordinə təşəkkür düşür.
- Mövsümün startı ərəfəsində baş məşqçi axtarır və İtaliya futbol məktəbini yaxından öyrənirdik. Vasitəçilərin köməyi ilə Roberto Bordinlə görüşdük. Onunla bağlı çoxlu müsbət fikirlər səsləndirilmişdi. Bordinin şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı. Premyer-liqada 15 turdan sonra birinci pillədə qərarlaşmışıq. Ötən tur "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etmişik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir.
- Azərbaycanda futbol necə inkişaf edir?
- Son 10 ildə Azərbaycan futbolu yüksək səviyyədə inkişaf edib. Yeni stadionlar, təlim-məşq və idman mərkəzləri yaradılıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" və "Qəbələ" də avrokubokların qrup mərhələlərində çıxış edib. 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına evsahibliyi edən ilk müsəlman ölkəsi olmuşuq. 2016-cı ildə U-17-lər arasında Avropa çempionatı təşkil etdik. Bu il Bakıda Avroliqanın final matçı, gələn il isə Avropa çempionatının 3 qrup oyunu, o cümlədən 1/4 final qarşılaşmalarından biri olacaq.
- Bakıda təşkil olunacaq Avroliqanın finalında hansı komandaları görmək istərdiz?
- Hazırda Avroliqada bir çox maraqlı klub mübarizəni davam etdirir. Bakıdakı final qarşılaşması unudulmaz olacaq. Şəxsən mən həlledici görüşdə "Napoli" ilə "Sevilya"nı görmək istərdim.

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər