
Premyer-liqa
595
10.02.2019, 13:10
“Keşlə” Pena ilə Kutsenkonun keçidini rəsmən elan etdi
“Keşlə” yeni transferlərini rəsmən açıqlayıb. Venesuelalı Luis Angelo Pena ilə ukraynalı Valeri Kutsenkonun keçidi “transfer pəncərəsi”nin sonuncu günü elan olunub. Venesuelalı futbolçu ilyarım, ukraynalı isə mövsümün sonunadək “Keşlə”nin uğurları üçün çalışacaq.
Yeri gəlmişkən, dünən "ASK Arena"nın konfrans zalında "Keşlə"nin rəsmi nümayəndələrinin və azarkeş klubunun bir qrup üzvünün iştirakı ilə görüş keçirilib. Görüşdə futbolda irqçiliklə mübarizə və əlil azarkeşlərə qayğı göstərilməsi məsələləri müzakirə olunub. Hər iki məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb, futbol meydanlarında irqçiliyə və ayrı-seçkiliyə yol verilməməsinin zəruri olduğu bildirilib.