Dünən qış “transfer pəncərəsi” rəsmən bağlandı. Artıq klublarımız yalnız azad agent statusuna malik futbolçuları heyətinə qata bilər. Onu da qeyd edək ki, “transfer pəncərəsi” yanvarın 12-də açılmışdı. Bu müddətdən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işlər apardı. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynadı. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olması da gələnlərin sayına təsir etdi. İndi isə premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq.
Neftçi
Gələnlər: Mamadu Mboc ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə (Qarabağ), Aqil Məmmədov (Qəbələ), Vangelis Platellas (OFİ, Yunanıstan), Canluka Sansone ("Novara", İtaliya)
Gedənlər: Rəşad Eyyubov (Sabah), Rəşad Əzizli (Sumqayıt), Kvame Karikari ("Əl-Oruba", BƏƏ, icarə), Slavko Braliç (AEL, Yunanıstan), Dario Federiko ("Daequ", Cənubi Koreya)
Qarabağ
Gələnlər: Reynaldo ("Aktobe", Qazaxıstan), Riçard Almeyda ("Astana", Qazaxıstan, icarə), Hacıağa Hacılı (Qəbələ)
Gedənlər: Turan Vəlizadə (Neftçi), Coşqun Diniyev (Sabah), Rövlan Muradov (“Qəbələ”, icarə müddəti başa çatıb)
Səbail
Gələnlər: Elvin Yunuszadə (Sabah), Aleksandr Rıbka ("Afyet Afyonspor", Türkiyə)
Gedənlər: Emil Balayev ("Tobol", Qazaxıstan), Edqar Paçeko
Sabah
Gələnlər: Rəşad Eyyubov (Neftçi), Təmkin Xəlilzadə (Qəbələ), Coşqun Diniyev (Qarabağ), Əmirhüseyn Nəcəfi (Səbail-2)
Gedənlər: Elvin Yunuszadə (Səbail), Aydın Bayramov (Sumqayıt), Əlibəy Məmmədli, Ülvi İbazadə (hər ikisi “Neftçi-2”), Tural Qürbətov (Şüvəlan), Vitali Kvaşuk ("Qomel", Belarus), Elvin Bədəlov
Qəbələ
Gələnlər: Anar Nəzirov (Zirə), Davit Volkovi ("Saburtalo", Gürcüstan), Rövlan Muradov ("Qarabağ", icarədən qayıdıb)
Gedənlər: Təmkin Xəlilzadə (Sabah), Aqil Məmmədov (Neftçi), Hacıağa Hacılı (Qarabağ)
Sumqayıt
Gələnlər: Rəşad Əzizli (Neftçi), Adil Nağıyev (Zirə), Aydın Bayramov (Sabah), Peyman Babayi ("Maşınsazi", İran, icarə), Peyman Keşavarz (“Yasan Al-Vaste”, Oman), Əmir Ağayev ("Hapoel", Təl-Əviv, İsrail)
Gedənlər: Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı (hər ikisi “Zirə”), Orxan Əliyev
Keşlə
Gələnlər: Vüsal İsgəndərli (Zirə), Con Kamara ("Kaysar", Qazaxıstan), Emin Mehdiyev (Qaradağ Lökbatan), Valeri Kutsenko ("Speranta", Moldova
Gedənlər: Məmməd Quliyev (Şüvəlan), Bahodir Nasimov (“Novbahar”, Özbəkistan), Georgios Georgiadis ("Elazığspor", Türkiyə), Vaqif Cavadov, Ebrima Sohna, Herve Tçami, Elnur Cəfərov, Diallo Quidileye
Zirə
Gələnlər: Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı (hər ikisi “Sumqayıt”), Mfo Kqasvane, Robin Nqalande (hər ikisi "Baroka", CAR), İsmail Fofana ("Voyvodina", Serbiya), Xulio Sezar Rodriges (“Deportivo Kapiata”, Paraqvay)
Gedənlər: Adil Nağıyev (Sumqayıt), Vüsal İsgəndərli (Keşlə), Anar Nəzirov (Qəbələ)