Sizin reklam burada

"Hərbçilər" "Kəpəz"i topa tutdu

Baxış Sayı:495

"Hərbçilər" "Kəpəz"i topa tutdu
Birinci divizionda 14-cü tura yekun vurulub. Dünən baş tutan oyunlarda da bu və ya digər komanda qalib gəlib. Başqa sözlə, tur “sülh”süz başa çatıb. "Şüvəlan" çətinliklə olsa da, "Səbail-2"ni üstələməyi bacarıb. Hesabı ilk yarının sonlarında yeni transfer Tural Qürbətov açıb. Bayıl təmsilçisi 72-ci dəqiqədə hesaba tarazlıq gətirdikdən az sonra meydanda azlıqda qalıb ki, Adil Şükürovun rəhbərliyi altında debüt edən şüvəlanlılar qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə qələbə topunu vura bilib. Liderin ən yaxın izləyicisi MOİK Gəncədə "Kəpəz"i darmadağına məruz qoyub. "Hərbçilər"ə təkbaşına qələbə qazandıran Raul Yaqubzadə het-trik sayəsində bombardirlərin yarışında şərikli liderliyə yiyələnib. Nəhayət, "Qaradağ Lökbatan"la "Zaqatala"nın duelinin taleyini 1 qol həll edib. Lökbatanlılar minimalhesablı qələbə nəticəsində xalını 23-ə çatdırıb və 4-6-cı yerləri bölüşür.
Birinci divizion
2-ci dövrə, 14-cü tur
8 fevral
Şüvəlan – Səbail-2 2:1
Tural Qürbətov, 39. Riad Abbaszadə, 90+3 - Xəlil Bəşirov, 72.
Kəpəz – MOİK 0:3
Raul Yaqubzadə, 29, 77, 79.
Qaradağ Lökbatan – Zaqatala 1:0
Rüfət Məmmədov, 51.
Turun qalan oyunlarının nəticələri Turan Tovuz – Qarabağ-2 1:2 (Sənan Qocayev, 74 - Toral Bayramov, 28. Elvin Cəfərquliyev, 88), Sumqayıt-2 – Keşlə-2 3:0 (Baxşəli Baxşəliyev, 24. Fərid Kərimzadə, 45. İbrahim Əliyev, 90+3), Sabah-2 – Neftçi-2 0:1 (Elnur Süleymanov, 90+3), Zirə-2 – Ağsu 2:1 (Qara Mehrəlizadə, 22. Əmrah Zülfüqarov, 62 – Qalib Əmrahov, 13).
1. Sumqayıt-2 14 11 0 3 32-10 33
2. MOİK 14 10 2 2 25-11 32
3. Neftçi-2 14 8 2 4 17-15 26
4. Qarabağ-2 14 7 2 5 25-16 23
5. Qaradağ Lökbatan 14 7 2 5 14-15 23
6. Şüvəlan 14 6 5 3 18-15 23
7. Zaqatala 14 5 6 3 22-14 21
8. Keşlə-2 14 6 2 6 21-19 20
9. Sabah-2 14 5 4 5 12-9 19
10. Səbail-2 14 4 1 9 14-28 13
11. Turan Tovuz 14 4 1 9 18-26 13
12. Kəpəz 14 2 5 7 7-17 11
13. Ağsu 14 2 4 8 10-25 10
14. Zirə-2 14 3 0 11 13-28 9
Bombardirlər: Raul Yaqubzadə (MOİK), Cavad Kazımov (Zaqatala) - 10, Elvin Nəsibov (Sumqayıt-2) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda isə "Zirə-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR