Vüqar Məmməd: “Sınaqçı-rəqiblər qrupumuzdakı komandalardan güclüdü”
Avropa çempionatının elit mərhələsinə hazırlaşan U-19 bu gün Bakıdakı təlim-məşq toplanışını başa vurur. Yığma sabah səhər satlarında hazırlıq prosesinin davamı üçün İspaniyaya yollanacaq. Millinin həmin ölkənin Mursiya şəhərində planlaşdırılan toplanışı isə fevralın 18-dək davam edəcək. Mursiyadakı hazırlıq çərçivəsində Vüqar Məmmədin komandası fevralın 12-də İspaniyanın, iki gün sonra “Ranero” klubunun, fevralın 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Dünən Vüqar bəyin toplanış, heyət və qarşıdakı sınaq matçları ilə bağlı fikirlərini öyrəndik: “Bildiyiniz kimi, bu hazırlıq prosesi elit mərhələ ərəfəsində son təlim-məşq toplanışıdı. Əvvəldən qurduğumuz plana uyğun hazırlaşırıq. Toplanışda əsas məqsəd sırf beynəlxalq yoldaşlıq oyunları keçirməklə təcrübə toplamaqdı. İnanıram ki, həmin qarşılaşmalar bizə böyük təcrübə qazandıracaq və sürət baxımından tempi yüksək oyunlar olacaq. Qarşılaşacağımız rəqiblər qrupumuzda yer alan komandalardan güclüdü. Heyətə gəlincə, demək olar, 90 faiz komandanı formalaşdıra bilmişik. Çox şükür, zədəli oyunçularımız yoxdu, hamı tam sağlamdı. İlk növbədə klublara təşəkkürümü bildirirəm ki, dəvət etdiyimiz bütün futbolçulara toplanışda iştirak etmək üçün şərait yaratdılar. Klublarla birgə hərəkət etmək işimizin tərkib hissəsidi. Heyətdəki bir oyunçumuz yenidi, ilk dəfə dəvət etmişik. Maksim Bayramovu nəzərdə uturam. Maksimin atası azərbaycanlıdı, anası isə moldovalı. Bu futbolcunu da xeyli zaman idi izləyirdik. Qalan bütün oyunçular yığmaya tez-tez dəvət alanlardı”.
FARİZ