Sizin reklam burada

Lider darmadağınla başladı

Baxış Sayı:435

Lider darmadağınla başladı
“Neftçi” uzatma dəqiqələrində sevindi
Birinci divizionda 14-cü tur çərçivəsində dünən daha üç oyun keçirilib. Lider "Sumqayıt-2" mövsümün ikinci yarısına darmadağınla start verib. Belə ki, Elbrus Məmmədovun komandası "Keşlə"nin əvəzedicilərini 3 cavabsız qolla məğlub edib. "Gənclik şəhəri" təmsilçisi bu qələbə sayəsində zirvədə yerini möhkəmləndirib. Günün digər iki qarşılaşmasında isə minimalhesablı qələbə qeydə alınıb. "Neftçi-2" "Sabah-2"ni Elnur Süleymanovun matça əlavə olunmuş dəqiqələrdə vurduğu yeganə qolu sayəsində üstələyib. Mahmud Qurbanovun komandası bu qələbə ilə bir gün əvvəl əldən verdiyi 3-cü pilləyə dönüb. "Zirə-2" isə "Ağsu"dan güclü olub. Üç qolun vurulduğu qarşılaşmada əzmkar qələbəyə sevinən qəsəbə təmsilçisi sonuncu pillədən qurtulmaq şansını artırıb. Hər halda, "Zirə-2" məhz "Ağsu" ilə xal fərqini minimuma endirib.
Birinci divizion
2-ci dövrə, 14-cü tur
7 fevral
Sumqayıt-2 – Keşlə-2 3:0
Baxşəli Baxşəliyev, 24. Fərid Kərimzadə, 45. İbrahim Əliyev, 90+3.
Sabah-2 – Neftçi-2 0:1
Elnur Süleymanov, 90+3.
Zirə-2 – Ağsu 2:1
Qara Mehrəlizadə, 22. Əmrah Zülfüqarov, 62 – Qalib Əmrahov, 13.
Tura bu gün yekun vurulacaq. "Şüvəlan" Adil Şükürovun rəhbərliyi altında keçirəcəyi ilk oyunda "Səbail-2"ni sınağa çəkəcək. Qış fasiləsində xeyli güclənən şüvəlanlılar qarşılaşmanın favoritidi. Liderin ən yaxın izləyicisi MOİK "Kəpəz"in qonağı olacaq. Nəhayət, turun mərkəzi qarşılaşmasında iddialılar - "Qaradağ Lökbatan"la "Zaqatala" münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşdə məğlub olan tərəfin liderlərdən aralı düşəcəyini nəzərə alsaq, oyunun prinsipiallığı başadüşüləndi. Təsadüfi deyil ki, Hakimlər Komitəsi qarşılaşmaya premyer-liqa hakimi Rəşad Əhmədovu təyin edib:
8 fevral
Şüvəlan – Səbail-2
Hakimlər: RAUF ALLAHVERDİYEV, Cəmil Quliyev, Taleh Məmmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Şüvəlan. AZAL Arena. Saat 15.00
Kəpəz – MOİK
Hakimlər: NİCAT İSMAYILLI, Mübariz Haşımov, Eyyub İbrahimov, Cahangir Yusifzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Gəncə. Şəhər stadionu. Saat 15.00
Qaradağ Lökbatan – Zaqatala
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, İslam Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00
Qeyd edək ki, tura fevralın 5-də start verilib: Turan Tovuz – Qarabağ-2 1:2 (Sənan Qocayev, 74 - Toral Bayramov, 28. Elvin Cəfərquliyev, 88).
1. Sumqayıt-2 14 11 0 3 32-10 33
2. MOİK 13 9 2 2 22-11 29
3. Neftçi-2 14 8 2 4 17-15 26
4. Qarabağ-2 14 7 2 5 25-16 23
5. Zaqatala 13 5 6 2 22-13 21
6. Keşlə-2 14 6 2 6 21-19 20
7. Qaradağ Lökbatan 13 6 2 5 13-15 20
8. Şüvəlan 13 5 5 3 16-14 20
9. Sabah-2 14 5 4 5 12-9 19
10. Səbail-2 13 4 1 8 13-26 13
11. Turan Tovuz 14 4 1 9 18-26 13
12. Kəpəz 13 2 5 6 7-14 11
13. Ağsu 14 2 4 8 10-25 10
14. Zirə-2 14 3 0 11 13-28 9
Bombardirlər: Cavad Kazımov (Zaqatala)- 10, Elvin Nəsibov (Sumqayıt-2) – 8, Raul Yaqubzadə (MOİK) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda isə "Zirə-2"yə texniki məğlubiyyət (0:3) verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR