Ağatahir Əzimov şikayətlənsə də, nikbindi
“Böyük yol qət etmişik”
Xəbər verdiyimiz kimi, 19 yaşadək futzalçılardan ibarət yığma fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Avropa çempionatının əsas mərhələsinə hazırlaşan Ağatahir Əzimovun komandası hazırlıq çərçivəsində iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yeniyetmələr fevralın 19-u və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdıracaq. Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək və saat 18.00-da start götürəcək. Qardaş ölkə təmsilçisi Bakıya fevralın 18-də gələcək. Paytaxtımızda qalacağı 4-5 gün ərzində qonaqlar “Bayıl Arena”da məskunlaşacaq. Yığmamızın üzvləri üçün isə AFFA Mərdəkandakı Futbol Mərkəzini ayırıb.
Hazırlıq ərəfəsində U-19-un baş məşqçisi Ağatahir Əzimovla danışmağı lazım bildik. Hər halda, gənc çalışdırıcıdan soruşulası bir neçə məqam var idi.
- İlk növbədə toplanışa dəvət alan namizədlərlə bağlı fikrinizi bilmək istərdik. 15 nəfərlik heyətin əsasən “Keşlə”nin üzvlərindən formalaşması diqqəti çəkməyə bilməz.
- Çox çətin şərtlər altında komanda formalaşdırırıq. Bizdə əvvəl U-17 olub, o komanda bu qədər çətinliklə üzləşməyib. U-19 elə yaş qrupudu ki, götürə biləcəyimiz oyunçuların əksəriyyətinin başı əsgərlik probleminə qarışır. Nisbətən səviyyəlilər isə böyük futbolu atıb futzala gəlmir. Olanları da klubları buraxmır. Nə qədər ki, bizdə ayrıca futzal məktəbləri, yüksək liqa klublarının aşağı yaş qrupları yoxdu, belə olacaq. Məcbur qalıram, hər dəfə Zaur Axundova müraciət edirəm. Keçən dəfə vəziyyət barədə məruzə edəndə dedi ki “gəl, “Keşlə”dən seç, apar”. Əsas millimizin baş məşqçisi Joze Alesio da Silva ilə gedib baxdıq və 3-4 yeniyetməni bəyəndik. İndi onların sayı 6-ya çatır. Ceyhun Nuriyev, Kənan Əsədli, Nicat Quluzadə, Tofiq Hüseynov, Rauf Rüstəmov və Turan Əhmədov “Keşlə”nin üzvləridi. Turan sırf təsadüf nəticəsində bizə gəlmişdi, sonradan “Neftçi”yə keçmək variantı yaransa da, transferi baş tutmadı və “Keşlə”yə yollandı. Tofiq, Kənan və Rauf əvvəllər futzal üzrə U-17-də çıxış ediblər. Mən də onları əvvəlki toplanışlara cəlb edirdim. Ceyhun Nuriyev isə “Keşlə”nin əvəzedicilərində çıxış edir. Dəvət etdiklərimin 8-i birinci liqada çıxış edən uşaqlardı. Niyaz Əhmədov, İqbal Pənahov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Sabir Həsənov, Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov neçə vaxtdı bizimlədi. Bundan başqa, “Araz”da çıxış edən qapıçı Vladislav Reznov da yığma üzvüdü.
- Təbii ki, qarşıdakı toplanışdan sonra yığmanın AÇ-yə nə dərəcədə hazır olduğunu biləcəyik. Amma birinci liqada çıxış edən U-19-un nəticələrinə əsasən ümidliyik.
- Əsas çətinliyi arxada qoymuşuq. Artıq neçə aydı məşq edirik, çempionatda oynayırıq. Belə deyim də, indi-indi komandaya oxşayırıq, nəticələrimiz də yaxşılaşır. Çempionatda 4-cü yerdəyik, hətta mükafatçılar sırasına da düşə bilərik. Ancaq məni daha çox oyunçuların təcrübə qazanması sevindirir. Böyük yol qət etmişik. İlk günlər gözümün qabağına gəlir. Bu uşaqların əksəriyyəti top qəbulunu, ötürmə verməyi belə bacarmırdı. Böyük futbolda topu ayağın içi ilə qəbul edirsən, elə də ötürmə verirsən. Top daha yüngül olduğuna görə zəif ötürmə də ünvanına çatır. Ancaq futzalda topu ayağın altı ilə saxlamaq lazım gəlir. Ötürməni də gərək bərk verəsən. Bu detalları başa salmaq üçün nə qədər vaxt və enerji sərf edirdik. Hələ mən oyun qaydalarının, taktikanın mənimsənilməsini demirəm. Bu hələ də görmək istədiyim komanda deyil. Seleksiya imkanım geniş, sərəncamımda keyfiyyətli uşaqlar olsaydı, daha güclü yığma formalaşdıra bilərdim. Belə də pis deyil, 4-5 ayın komandası üçün normal oyun sərgiləyirik.
- Niyə məhz Türkiyə ilə oynamağa üstünlük verildi? Ümumiyyətlə, bu qarşılaşmalar və toplanış yığmaya nə verəcək?
- Çox şey! İlk növbədə onu qeyd edim ki, komandamda yüksəliş noyabrda Gürcüstana gedib-gələndən sonra baş verdi. Halbuki bu, toplanış deyildi. Sadəcə, iki gün əvvəldən yığışdıq, gedib iki oyun keçirib gəldik. Amma qısa müddət olsa da, bir yerdə olmağımız çox yaxşı oldu. Ümumiyyətlə, uşaqlar komanda şəklində səfərdə olmamışdılar. Bu üzdən yolda, düşərgədə özlərini aparmağın qaydasını bilmirdilər, belə desəm, “bardak” idi. İntizamı qaydaya saldıq. Bundan başqa, ilk beynəlxalq oyunlar olduğu üçün komanda yaxşı təcrübə qazandı. Budəfəki toplanış ikiqat faydalı olacaq. Hardasa 10 gün bir arada olmaq, bilirsiz, nə deməkdi? Müəyyən çatışmazlıqlar var, onları qaydaya salacam, bizi qarşıda necə çətin və məsuliyyətli sınaq gözlədiyini anladacam. Türkiyə ilə keçirəcəyimiz iki oyunda özünəinam qazandırmağa çalışacam. Bir sözlə, AÇ üçün çox faydalı hazırlıq olacağını düşünürəm. O ki qaldı rəqibin səviyyəsinə, düzdü, hələ mənim vaxtımda Türkiyə ilə əsas yığmalar səviyyəsində bir neçə dəfə qarşılaşmışıq və hər dəfə onları üstələmişik. Ancaq U-19 komandalarının güclü olduğunu güman edirəm. Yeniyetmə və gənc yaşda istək və fiziki hazırlıq daha ön planda olur. Görünür, bu keyfiyyətlər onlarda var. Hər halda, bir müddət əvvəl Hollandiya ilə yoldaşlıq görüşündə qarşılaşıblar və qalib gəliblər. Deməli, bizi sıradan rəqib gözləmir. Qeyd etdiyim kimi, Hollandiya Türkiyə ilə yoxlama oyunu keçirib və 1:3 uduzub. Bu baxımdan onlarla oynadıqdan sonra nələrisə biləcəyik. Səviyyəmizi öyrənəcəyik.
- Bu yaxınlarda U-19-un qrupdakı sonuncu rəqibi də müəyyənləşdi. Sloveniya və Hollandiya ilə yanaşı, Cənubi Kiprlə də mübarizə aparmaq lazım gələcək. Bu rəqib haqda nə bilirsiz?
- Ətraflı bilgiyə sahib deyiləm. Amma informasiya toplamağa çalışıram. Bu yarışda rəqibin adına baxıb fikir yürütmək, ciddiyə almamaq olmaz. Bəli, əsas yığma üçün Hollandiya, Sloveniya və Cənubi Kipr uğurlu püşk sayıla bilər. Ancaq U-19-lar səviyyəsində onların hər biri “sirli qutu”du. Elə özümüzdən nümunə götürək, əsas yığmamızın qazandığı nəticələr hesabına dünya reytinqində 11-ci yerdəyik. Amma futzal məktəbimiz varmı? Yoxdu! Yeni-yeni başlayırıq. Hollandiyanın güclü yığması və klubu olmasa da, futzal ənənələri var. Hollandiya ilə müqayisədə Sloveniyadan daha çox çəkinirəm. Balkanlarda ortabab səviyyədə olsa da, məktəb olub və bu gün də var. Düzdü, İtaliya, İspaniya, Portuqaliya, Rusiya səviyyəsində deyil, amma məktəb var. Həm də qrupumuzun oyunları Sloveniyada keçiriləcək. Çalışacağıq ki, növbəti mərhələyə adlamaq üçün bütün rəqiblərimizi üstələyək. Axı final mərhələsinə bir komanda gedəcək.
MİRAĞA

Son xəbərlər

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Navas "Napoli" yolunda

Bütün xəbərlər