Etibar İbrahimov yeni transferlərə ümid edir
“Minimumdan maksimum əldə etməyə çalışmışıq”
“Kəpəz” bu gün “doğma divarlar” arasında MOİK-i qəbul edəcək. “Sarı-göylər” “hərbçilər”lə oyuna hazırlığı dünən keçirdiyi son məşqlə başa vurub. Təxminən bir saat davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib və taktiki tapşırıqların yerinə yetirilməsi ilə başa çatıb.
Yeri gəlmişkən, “Kəpəz” MOİK-lə oyuna itkilərlə çıxacaq. Zədəli olmasa da, komandanın heyətində iki cəzalı var. Yarımmüdafiəçilər Ruslan Süleymanov və yeni transfer Əli Səmədov “hərbçilər”lə qarşılaşmanı kənardan izləmək məcburiyyətindədi.
Çempionatın ikinci dövrəsinin startı ilə bağlı baş məşqçi Etibar İbrahimov klub saytına açıqlama verib: “Komanda qış fasiləsi müddətində qarşıdakı oyunlarda nəticələrin yaxşı olması üçün çox əziyyət çəkib. Bir çox çətinliklərin olmasına baxmayaraq, futbolçular istər məşq prosesində, istərsə də yoxlama oyunlarında əllərindən gələni ediblər. Buna görə onlara təşəkkür düşür. Minimumdan maksimum əldə etməyə çalışmışıq. Yeni transferlərimizdən çox şey gözləyirik. Bildiyiniz kimi, komandaya dəvət etdiyimiz futbolçulardan ikisi elita təcrübəsinə malikdi. Tural Rzayevlə Əli Səmədovun bizə çox xeyri dəyəcək. Təəssüf ki, sonuncu cəzalı olduğundan MOİK-ə qarşı oyunda çıxış edə bilməyəcək. Tural Rzayevin isə müəyyən zədəsi olduğundan bir müddət bərpa dövrü keçib. Qısa müddətdə onu hazırlamağa çalışdıq. Hər iki futbolçuya böyük ümidlər bəsləyirik”.
Xatırladaq ki, “Kəpəz” qış “transfer pəncərəsi” dövründə bu oyunçularla yanaşı, heyətinə daha üç futbolçu cəlb edib. Komanda hücumçu Cavid Hümmətli, yarımmüdafiəçi Oqtay Məmmədov və müdafiəçi Coşqun Kərimli ilə güclənib.
RƏŞAD hazırladı

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər