U-19 hazırda təlim-məşq toplanışındadı. Fevralın 9-dək Bakıda hazırlıq keçəcək yığma toplanışı ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində davam etdirəcək. Xəbər verdiyimiz kimi, hazırlıq çərçivəsində Vüqar Məmmədin komandası fevralın 12-də İspaniyanın, iki gün sonra “Ranero” klubunun, fevralın 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Bu arada İspaniya U-19-unun da heyəti açıqlanıb. Baş məşqçi Santi Deniya 23 futbolçuya dəvət göndərib: Unay Vensedor (Atletik), Rikardo Sançes (Atletiko), Arnay Tenas, Xuan Miranda, Alexandro Orelyana, Alexandro Markes, Abel Ruis (hamısı "Barselona"), Alvaro Qarsiya (Albasete), Serxio Qomes ("Borussiya", Dortmund/Almaniya), Viktor Qomes, Nil Ximenes (hər ikisi "Espanyol"), Antonio Aranda (Qranada), Erik Qarsiya (MS, İngiltərə), Arnau Piqmal (MY, İngiltərə), Viktor Şust, Antonio Blanko, Muhammed Muhlis, Pedro Ruis (hamısı "Real"), Roberto Lopes (Real Sosyedad), Brayan Hili (Sevilya), Hüqo Qilyamon, Ferran Torres (hər ikisi "Valensiya"), Mark Vidal (Vliyarreal).