Sizin reklam burada

Üç gündən bir, beş gündən bir...

Title
Üç gündən bir, beş gündən bir...
Fevralın 10-dan 12-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışı olacaq. Toplanışda iştirak edəcək futbolçuların siyahısı hələ bəlli deyil. Milan Obradoviç siyahını, çox güman, həftəsonu baş tutacaq turdan sonra açıqlayacaq. Əslində hələ Antalya toplanışından sonra serb mütəxəssis verdiyi açıqlamada hər ay bir araya gələcəklərini bildirmişdi. Elə köməkçisi Elbrus Məmmədov da qəzetimizə açıqlamasında seçmə oyunlara qədər mümkün olduqca ayda bir dəfə hazırlıq keçəcəklərini dilə gətirmişdi. Açığı, qısamüddətli hazırlıq prosesi ilə Obradoviçin nəyəsə nail olacağı inandırıcı və məntiqli deyil. Bir halda ki, gələnhəftəki üçgünlük hazırlıq çərçivəsində yoxlama oyunu olmayacaq, futbolçuları klubundan ayrı salmaq nəyə lazımdı? Həmin üç məşqi yığma üzvləri klubunda da keçə bilər. Ümumiyyətlə, hələ seçmə mərhələyə 4-5 ay qalmış yeri gəldi-gəlmədi yığışmağın nə mənası var? Çempionat mayın 11-də başa çatacaq, ondan sonra bir ay hazırlaşmaq üçün vaxt olacaq. Toplanışı həmin araya salmaq olmazmı? Yəqin Obradoviçin də bildiyi nəsə var...
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.