Yığmanın hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" yoxlama görüşündə qüvvəsini sınayıb. Almaniyanın 3-cü liqa təmsilçisi Dortmund "Borussiya"sının 2-ci komandası ilə qarşılaşıb. Oyun Münster klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Dadaşov bu qarşılaşmada iştirak etməyib. Baş məşqçi Marko Antverpen həm onun, həm də başqa iki oyunçunun səhhətində problem yarandığını söyləyib: "Kittner, Şerder və Dadaşov qripə yoluxub. Bizdə zədəli olmasa da, oyunçularımız tez-tez xəstələnirlər".
Qeyd edək ki, “Proyssen” 3-cü liqada növbəti oyununu fevralın 11-də "Lotte"yə qarşı keçirəcək.