Avropa çempionatının əsas mərhələsinə hazırlaşan 19 yaşadək futzalçılarda ibarət yığmamız fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Xəbər verdiyimiz kimi, Ağatahir Əzimovun komandası hazırlıq çərçivəsində iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. U-19 fevralın 19-u və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakı İdman Sarayında, saat 18.00-da start götürəcək. Budəfəki toplanışa 15 nəfər dəvət olunub ki, onlardan 8-i birinci liqada çıxış edən yığmanın üzvləridi. Bundan başqa, 6 nəfər “Keşlə”dən, 1 nəfər isə “Araz”dan dəvət olunub: Niyaz Əhmədov, İqbal Pənahov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Sabir Həsənov, Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov (hamısı U-19), Ceyhun Nuriyev, Kənan Əsədli, Nicat Quluzadə, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov (hamısı “Keşlə”), Vladislav Reznov (Araz).