Sizin reklam burada

"Səbail" "Tobol" rəsmisini təkzib etdi

Title
"Səbail" "Tobol" rəsmisini təkzib etdi
Törə Əhmədova: "Klub Emil Balayevin transferindən maliyyə əldə edib"
"Transfer pəncərəsi"nin ən önəmli keçidlərindən biri Emil Balayevin "Səbail"i “Tobol”a dəyişməsi oldu. Qazaxlar hələ Antalyada Bayıl təmsilçisi ilə danışıqlara start vermişdi. Ancaq Emilin keçidi bir qədər gec - komanda və qapıçı Bakıya qaytdıqdan bir neçə gün sonra gerçəkləşdi. Qarşı tərəf futbolçumuzun transferini bəyan edəndə məlum oldu ki, Emil "Tobol"a azad agent kimi keçib. Qazaxıstan təmsilçisinin idman direktoru Nikolay Panin klubun saytına son açıqlamasında deyib ki, Balayevin transferi üçün “Səbail”ə heç bir məbləğ ödənməyib: “Emil Balayevin transferi üçün klubuna 52 min avro ödədiyimiz haqda mətbuatda çıxan, “transfermarkt”da yer alan məlumatlar düzgün deyil. O, bura azad agent kimi gəlib. Transferdə Valeri Qazzayevin (komandanın baş məşqçisi Vladimir Qazzayevin atasınıı nəzərdə tutur) şəxsi nüfuzu böyük rol oynadı”.
"Tobol" rəsmisinin iddiasına "Səbail" tərəfinin də mövqeyini öyrəndik. Klubun mətbuat katibi Törə Əhmədova qarşı tərəfin iddiasını yalanladı: "O düzdü ki, futbolçumuz "Tobol"la azad agent statusu ilə müqavilə imzalayıb. O ki qaldı qazanca, "Səbail" Emil Balayevin transferindən maliyyə əldə edib, lakin bu, klubun kommersiya sirridi deyə, məbləği açıqlaya bilmərəm. Valeri Qazzayevin isə bu transferdə yaxından-uzaqdan heç bir rolu olmayıb".
MIRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.