Sizin reklam burada

“Baku Fire” zirvəyə qayıtdı

Title
“Baku Fire” zirvəyə qayıtdı
Futzal üzrə birinci liqada 16-cı tura şənbə günü yekun vurulub. “Olimpik Star”da keçirilən turun son 4 oyununda sürpriz yaşanmayıb. Bu mənada “Baku Fire”nin “Metropoliten” üzərində darmadağınla qələbə qazanıb bir gün əvvəl əldən verdiyi zirvəyə qayıtması qeyd olunmalıdı. “Green Log” ilə U-19 da turu 3 xalla qapayıb. Bu qələbə sayəsində hər iki komanda turnir cədvəlində bir pillə irəliləyib. Ağatahir Əzimovun rəhbərlik etdiyi yığmanın “Çinar Cəbrayıl”ı 10 cavabsız qolla darmadağın edib 4-cü pilləni ələ keçirməsi diqqəti çəkməyə bilməz. Fasilədə heyətini gücləndirən “Abşeron” da turu itkisiz başa vurub.
Baku Fire – Metropoliten 12:2
Füzuli - Green Log 3:7
U-19 - Çinar Cəbrayıl 10:0
Abşeron - Yasamal-2 5:3
Qeyd edək ki, tura fevralın 1-də start verilmiş, açılış qarşılaşmalarında bu nəticələr qeydə alınmışdı: Baku Fans – Ulduz 5:3, ADBTİA – AZMİU 4:1, Zəngilan – Standard 4:5, Sabunçu - Sovetski 4:6.
1. Baku Fire 16 15 1 0 140-27 46
2. Standard 16 15 0 1 147-41 45
3. ADBTİA 16 14 1 1 148-20 43
4. U-19 16 10 2 4 137-40 32
5. AZMİU 16 10 1 5 95-58 31
6. Zəngilan 16 9 1 6 85-62 28
7. Green Log 16 8 2 6 78-62 26
8. Baku Fans 16 8 1 7 79-56 25
9. Metropoliten 16 7 2 7 72-107 23
10. Yasamal MFK-B 16 7 1 8 73-72 22
11. Ulduz 16 4 0 12 73-92 12
12. Sabunçu 16 3 2 11 41-131 11
13. Füzuli 16 3 2 11 46-129 11
14. Abşeron 16 3 1 12 63-145 10
15. Çinar Cəbrayıl 16 1 2 13 39-137 5
16. Sovetski 16 1 1 14 41-164 4
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.