Tofiq Bəhramov adına Respublika stadionunda sınıq oturacaqları gündəmə gətirməyimiz effektini verdi. Dekabrdan mərkəzi sektorda sınıq-salxaq vəziyyətdə qalan plasmas oturacaqlar derbidən öncə hazır vəziyyətə gətirildisə, deməli, hansısa işə faydamız dəyir.
Məsələ ilə bağlı stadionun direktoru Şamil Quliyevlə əlaqə saxlayanda, o bizə problemin “Qarabağ” rəhbərliyi tərəfindən aradan qaldırılmalı olduğunu və qaldırılacağını demişdi. Bunun səbəb kimi isə Ağdam təmsilçisinin mərkəzi arenanı icarə götürdüyünü göstərdi.
Dünənki qarşılaşmadan əvvəl problemin aradan qaldırılmasının əslində “Qarabağ” rəsmilərinin səyinin nəticəsi olduğunu düşünmüşdük. Lakin maraqlanarkən məlum oldu ki, ağdamlılardan səs çıxmadığını görən arena rəhbərliyi sınıq oturacaqları şənbə günü stadionun işçilərinin zəhməti sayəsində təmir edib.
HƏBİB