
“Neftçi” Federikoya görə nə qazanıb?
Cari mövsümdə 17 oyuna çıxan, 3 qol vuran Dario Federikonun yoxluğunun “Neftçi” üçün nə dərəcədə önəmli olduğunu bəlkə də elə sabahkı oyunda biləcəyik. Hər halda, fakt budu ki, braziliyalı vinger karyerasını Koreyada davam etdirəcək. Qəzetimizin cümə axşamı sayında bakılıların bu transferdən 50 min dollar qazanacağını xəbər vermişdik. Maraqlıdı ki, ünlü transfermarkt.com saytı dünən fərqli rəqəm göstərib. Həmin sayta inansaq, “ağ-qaralar” bu keçidin qarşılığında 130 min avro əldə edib. 130 min avro olsa, lap yaxşı, amma klublarımızın, adətən, transferlərdən xeyir götürmədiyini nəzərə alsaq, 50 min dollara görə də sevinməyə dəyər. Təbii, girişdə xatırlatdığımız kimi, bu transfer komandanın çempionluq ambisiyalarına təsir etməzsə…
Yeri gəlmişkən, “Neftçi”nin Darionun əvəzinə İtaliyanın A seriyasında çıxış etmiş futbolçunu transfer etməyə hazırlaşdığı xəbər verilir ki, onun da artıq bu gün Bakıya baş çəkəcəyi gözlənilir.