Dünən voleybol üzrə kişilər arasında ölkə çempionatında 3-cü turun oyunları keçirilib. U-19 “Lokomotiv”i qəbul edib. İlk setdə gənclər 25:23 hesabıyla qalib gəlib. İkinci hissə “dəmiryolçular”ın üstünlüyü şəraitində keçib və bunun məntiqi nəticəsi kimi set hesabı bərabərləşib – 1:1. Maraqlıdı ki, 3-4-cü setlərdə də oyunun axarı dəyişməyib. “Loko” inamlı oyunla qələbəsinə şübhə yeri qoymayıb – 3:1.
Günün ikinci oyunu “Neftçi” ilə MOİK arasında keçirilib. Gərgin keçən görüşdə “Neftçi” 3:2 hesabıyla qalib gəlib.
3-cü tur
U-19 – Lokomotiv 1:3 (25:23, 17:25, 12:25, 14:25)
Neftçi – MOİK 3:2 (26:28, 25:22, 23:25, 25:17, 15:12)