Sizin reklam burada

Vaqif Şirinov toplanışdan məmnundu

Baxış Sayı:753

Vaqif Şirinov toplanışdan məmnundu
“Ola bilər ki, bəzi çəkilərdə dəyişikliklər reallaşsın”
Kişi boksçulardan ibarət yığmamız yeni ilin ilk təlim-məşq toplanışını başa vurub. Komandamız yanvarın 7-27-si aralığında Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçib.
Yığmanın baş məşqçisi Vaqif Şirinov 26 idmançının qatıldığı toplanışı dəyərləndirib. Boks Federasiyanın saytına danışan mütəxəssis hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib: “Toplanışda əsas məqsəd funksional hazırlığa yönəlmişdi. Demək olar ki, 70-80 faiz fiziki təmrinlər üzərində çalışdıq. Həmçinin taktiki-texniki məşqlərə də yer verdik. İlin ilk hazırlığının yekunu olaraq hər şeyin yüksək səviyyədə keçdiyini deməliyəm. Gündə 3 məşq edirdik və bu səbəbdən də düşərgədə olan boksçulardan istədiyimizi ala bildik. Döyüş hazırlığına gəlincə, bunun üzərində kifayət qədər işlədik və yarışdan-yarışa hər şeyin qaydasına düşəcəyinə inanıram. Ola bilsin, bəzi çəkilərdə dəyişikliklər reallaşsın. Lakin bütün bunlar beynəlxalq arenalardakı çıxışlardan asılı olacaq”.
Şirinov hazırda boksçulara 2 günlük istirahət verildiyini də deyib. Onun sözlərinə görə, hazırlıq yanvarın 30-da Bakıda davam edəcək: “Bu dəfə Boks Mərkəzində bir araya gələcəyik. Burda idmançıların sayının artması da istisna deyil. Məşqlərin gedişində bizi qarşıda gözləyən turnirlər üçün heyətlər də dəqiqləşəcək”.
Qeyd edək ki, boksçularımız fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərində və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirdə güclərini yoxlayacaqlar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR