PFL dünən 15-ci turla bağlı detalları açıqladı. Beləliklə, Azərbaycan derbisi ilə bağlı qeyri-müəyyənliyə də son qoyuldu. Mərkəzi qarşılaşma fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti isə 18.30-da çalınacaq. Meydanda ədaləti Rəvan Həmzəzadə qoruyacaq. Ona laysmanlar Knyaz Əmiraslanovla Vüqar Bayramov yardım edəcək. Səbuhi Bayramov 4-cü hakimdi. Vüsal Əliyev hakim-inspektor, Rüfət Əmirov AFFA nümayəndəsi olacaq.