“İkinci eşelon” ölkələrinin klubları U-19 və U-21-in üzvləri ilə maraqlanır
Vaqif Heydərli: “Skautlar Marbelya toplanışını da izləyəcəklər”
Bu aralarda transfer bazarının hakimləri olan agentlərin işləri başlarından aşır. Onlar gecə-gündüz klub rəsmiləri, futbolçular ilə danışıq aparır, müştərisi olan oyunçuların hansısa kluba keçməsinə çalışırlar. Bu məqsədlə agentlər hətta qısa vaxtda müxtəlif ölkələrə baş çəkməyi, günün 24 saatını hava limanları, təyyarələrdə keçirməyi də özlərinə rəva bilirlər. Təki iş alınsın, müştərisi klubsuz qalmasın.
Ölkənin üzdə olan agentlərindən biri Vaqif Heyədrlinin də bugünlərdə başı bərk qarışıqdı. Bir neçə dəfə onunla danışmaq istəsək də, hər dəfə Bakıda olmadığını, qayıdandan sonra görüşüb söhbətləşə biləcəyimizi deyirdi. Nəhayət, dünən onunla danışa bildik: “Təxminən 10 gün idi Antalyadaydım. Bilirsiz ki, təlim-məşq toplanışı üçün U-21 və U-19 bu ərəfədə Türkiyədə idi. Həmin yığmalarda isə mənim bir neçə futbolçum çıxış edir. Onlarla Avropadan bəzi klublar maraqlanır. Fürsətdən istifadə edib həmin klubların skautlarını Antalyaya dəvət etdim ki, futbolçuları iş başında görsünlər. Hazırda U-19 və U-21-in şərəfini qoruyan 5 futbolçu əcnəbilərin maraq dairəsindədi. Yoxlama oyunlarında onları bir daha izlədilər və bəyəndilər. Ancaq qısa vaxtda qərar verməyə tələsmirlər. Bildiyiniz kimi, Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 fevralda daha bir toplanış keçəcək. Həmin toplanış isə İspaniyanın Marbelya bölgəsində olacaq. Skautlar Marbelya toplanışını da izləyəcəklər. Son mərhələ isə martda olacaq. Həmin ay Rusiyada Avropa çempionatının elit mərhələsinin oyunları olacaq. İnanıram ki, maraq dairəsində olan gənclər və yeniyetmələr sınaqdan üzüağ çıxıb Avropaya yollana biləcəklər. Onu da bildirim ki, futbolçulara maraq göstərən klublar postsovet məkanını təmsil etmirlər. Hamısı “ikinci eşelon” ölkələrinin çempionatında çıxış edən klublardı. Orda özlərini yaxşı tərəfdən göstərə bilənlər üçün isə “böyük beşliy”ə yol açılır”.
Heydərli bizimlə söhbətdə tək gənclərlə iş görmədiyini, premyer-liqa və başqa ölkə klublarına da futbolçu təklif etdiyini bildirdi: “Yeniyetmələr və gənclər yığmasında çıxış edənlərdən başqa, bəzi elita klublarına da futbolçu təklif etmişəm. Bu yöndə danışıqlar davam edir. İndidən nə futbolçuların, nə də klubların adını çəkmək istəyirəm. Müzakirələr başa çatandan sonra bu haqda bilgi verərəm. Qarşıda hələ vaxt var. Ötən dəfə sizə dediyim kimi, indi Azərbaycana “ulduz” statusunda olan oyunçuları gətirmək mümkün deyil. Çünki elita təmsilçilərinin maliyyə şərtləri buna imkan vermir. Hamı daha az xərclə ortabab futbolçu axtarışındadı. Premyer-liqa klubları ilə yanaşı, başqa ölkələrin çempionatlarında çıxış edən klublarla da əməkdaşlıq edirəm. Yaxın günlərdə müştərim olan əcnəbi oyunçulardan biri yeni komanda ilə anlaşacaq. “Transfer pəncərəsi”nin bağlanmasına qədər bəzi keçidlərin reallaşacağını düşünürəm”.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər