Yığma BOS-da yox, “Bakcell Arena”da oynayacaq
Cavid Qarayev: “Final oyunundan sonra 20 gün stadionda təmizləmə işləri gedir”
Yığma AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu martın 21-də Xorvatiyaya qarşı keçirəcək. Hələ də baş məqşçisi bilinməyən milli “damalılar”la səfərdə üz-üzə gələcək. Sonrakı iki görüş isə Bakıda baş tutacaq. Əsas komanda iyunun 8-də Macarıstanı, üç gün sonra isə Slovakiyanı qonaq edəcək. Lakin bu iki qarşılaşmadan heç biri Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşməyəcək. Səbəb isə Avropa Liqasının mayın 29-dakı finalının ölkənin ən nəhəng arenasında keçirilməsidi. Bu haqda AFFA-nın saytı məlumat yayıb. Xəbərdə deyilir ki, AL-in final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, həlledici matç başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq, Macarıstan və Slovakiya ilə duellər “Bakcell Arena”da təşkil olunacaq.
Təbii, qərarın üzərindən elə-belə keçmək olmaz. Düzdü, “elə Farer adaları, Malta ilə görüşləri “Bakcell Arena”ya salardız” desək, “BOS-u final matçına hazırlayırdıq, test edirdik” cavabını alacağımız şübhə doğurmur. Bu öz yerində. Əvvəla, final matçı ilə seçmə mərhələ oyununun arasında 10 gün vaxt var. Məgər bu müddətdə arenanı hazır vəziyyətə gətirmək olmaz? Əlavə qüvvə cəlb etmək, beləcə problemi aradan qaldırmaq çətin iş deyil. Odu ki, bu durumda “çobanın könlü olsa, təkədən pendir tutar” məsəlini deməklə kifayətlənirik. Keçək qərarın digər tərəfinə. Niyə məhz “Bakcell Arena”? Tofiq Bəhramov adına Respublika stadionu daha uyğun variant deyil? Əvvəla, yığma üçün vacib qarşılaşmalardı və azarkeş sayını maksimum 10260 nəfərlə məhdudlaşdırmaq doğru deyil. İkincisi, mərkəzi arena futbolsevərlər üçün ən əlverişli məkandı. Hələ möcüzənin reallaşacağını - millinin Zaqrebdən xalla dönmək ehtimalını nəzərə almırıq. Çünki bu o qədər də inandırıcı deyil və AFFA nə qədər ki yığmaya məşqçi tapmır, qurulan xəyallar bir qədər də əlçatmaza çevriləcək. Çox güman, “Bakcell Arena”nın seçilməsinə iki məqam təsir edib. Bunlardan ən önəmlisi icarə haqqı məsələsidi. Yığmanın oyununun qarşılığında AFFA sözügedən stadiona icarə haqqı ödəməyəcək. Halbuki bu baxımdan “Tofiq Bəhramov” əlavə, özü də az olmayan xərc deməkdi. Digər tərəfdən hətta “Bakcell Arena”nın da dolub-dolmayacağı dəqiq deyil. Yığmanın son illərdəki nəticələri azarkeşləri əməlli-başlı komandadan soyudub. İyunda qarşılaşacağımız rəqiblər isə Avropanın top-milliləri deyil ki, azarkeş marağı həddən artıq olsun. İcarə haqqı, azarkeş marağı kimi məqamlar AFFA-nın “Bakcell Arena”nın xeyrinə seçim etməsini şərtləndirib.
Məsələ ilə bağlı öncə BOS-un direktoru Cavid Qarayevin fikirlərini öyrəndik: “Final oyunundan sonra 20 gün stadionda təmizləmə işləri gedir. Avadanlıqları yığıb aparırlar. UEFA-nın bununla bağlı tələbi var. Biz də düşündük ki, seçmə mərhələ oyunlarını burda keçirməyə çatdırmayacağıq. Məhz bu üzdən həmin qərar verilib. Dediyim kimi, final qarşılaşması üçün UEFA-nın xüsusi avadanlıqları gətirilir. Stadionun həm daxilində, həm də xaricində reklam lövhələri quraşdırılır. Onlar hamısı çıxmalıdı. Bunu fiziki cəhətdən çatdırmırlar. UEFA-nın nümayəndələri də burda olacaq. Məhz bütün bunlar nəzərə alındığı üçün yığmanın oyununun başqa stadionda keçirilməsinə qərar verildi... Açığı, özümüz də anlayırıq ki, örtüyün, ümumilikdə stadionun təmizlənməsi də həddən artıq iş deməkdi. Stadion rəhbərliyi olaraq biz də izah etməyə çalışdıq ki, arenanın hazır vəziyyətə gətirilməsi çətin olacaq. Bu sıradan bir tədbir deyil. Eyni təcrübəni Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları zamanı yaşamışıq. Odu ki, hər şeyi başa düşürük və çatdırmayacağımızı da anlayııq”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan isə “Bakcell Arena” seçiminə cavab almağa çalışdıq: “Qarşılaşmanın BOS-da keçirilməməsinin səbəbini bilirsiz. Niyə “Tofiq Bəhramov” yox, “Bakcell Arena” sualına cavab vermək şəxsən mənim səlahiyyət dairəmə aid məsələ deyil. “Bakcell Arena” da FİFA və UEFA-nın standartlarına cavab verən stadionlardan biridi. Yığmamız “Bakcell Arena”da da kifayət qədər oyun keçirib, daha kompakt stadiondu. Orda yığmanın uğurlu oyunları da olub. Şimali İrlandiyanı udmuşuq, Rusiya ilə heç-heçə etmişik. İndidən hansısa stadionun dolub-dolmayacağı haqda azarkeşlərin əvəzindən qərar verə bilmərik. Artıq həmin qarşılaşmaların məkanının dəyişdirilməsi mümkün deyil. Arenanın adı UEFA-ya göndərilib”.
Maraq üçün onu da qeyd edək ki, yığma indiyədək “Bakcell Arena”da 8 oyun keçirib. Onlardan 3-də qalib gəlmişik, 2-də uduzmuşuq. Qalan 3 qarşılaşma isə heç-heçə başa çatıb. Həmin oyunlarda 13 qol vuran milli öz qapısından 6-nı buraxıb. Sözügedən 8 qarşılaşmadan 6-sı seçmə mərhələ, 2-si yoldaşlıq xarakteri daşıyıb. Beləliklə, “Bakcell Arena”da keçirilən matçların siyahısını diqqətinizə çatdıraq.
07.06.2013 DÇ. Azərbaycan – Lüksemburq 1:1
14.08.2013 YO. Azərbaycan – Malta 3:0
11.10.2013 DÇ. Azərbaycan – Şimali İrlandiya 2:0
15.10.2013 DÇ. Azərbaycan – Rusiya 1:1
20.08.2014 YO. Azərbaycan – Özbəkistan 0:0
09.09.2014 AÇ. Azərbaycan – Bolqarıstan 1:2
16.11.2014 AÇ. Azərbaycan – Norveç 0:1
05.09.2017 DÇ. Azərbaycan – San Marino 5:1
FARİZ

Son xəbərlər

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Maldininin aqibəti müəyyənləşdi

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Bütün xəbərlər