Emil Balayevi “Tobol”da ciddi rəqabət gözləyir
Panin: “Transferlə bağlı mətbuatda səslənən məbləğ düz deyil”
“Səbail”in qokiperi Emin Balayevin ötən mövsüm Qazaxıstan çempionatında bürünc medallara sahib çıxan “Tobol”a transfer olunacağını ötən sayımızda xəbər vermişdik. “Dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev də qəzetimizə açıqlamasında bu xəbəri təsdiq etmişdi. Xatırladaq ki, 24 yaşlı qolkper “Neftçi”nin yetirməsi olsa da, karyerası ərzində “ağ-qaralar”la yanaşı, “Sumqayıt”ın, “Araz Naxçıvan”ın şərəfini qoruyub. Volqoqradda dünyaya göz açan Balayev 2015-16-cı illər aralığında Almaniyada legioner həyatı yaşamağa da imkan tapıb. Lakin qokiper “Ayntraxt”da olduğu müddət ərzində əsas komadanın heyətində rəsmi qarşılaşmalarda debüt etməyib. Uğursuz Almaniya səfərindən geri döndükdən sonra “Qarabağ”a cəlb olunsa da, Ağdam təmsilçisində bir oyun keçirmədən düşərgədən ayrılıb. Emilin ulduzu 2017-ci ildə anlaşdığı “Səbail”də parlayıb. Gənc yaşlarında bir çox klubun düşərgəsində olan, ancaq əsas heyətdə özünə yer edə bilməyən “çərçivə qoruyucusu” məhz “dənizçilər”in düşərgəsində olduğu müddətdə bacarığını ortaya qoymağı bacarıb. “Səbail”in çalışdırcısının sözlərinə inansaq, “Tobol” rəhbərliyi Emili qış fasiləsində “Sürix”lə Antalyada baş tutan yoxlama görüşündə izləyib və qolkiperin performansı onları qane edib. Həmin qarşılaşmadan sonra klublar arasında danışıqlar başlayıb. Mediada qeyd olunanlara inansaq, bu yay Avropa Liqasında Qazaxıstanı təmsil edəcək “Tobol” Emilə görə “dənizçilər”ə 100 min manat təklif edib. Qazaxıstanın spots.kz portalı da Kostanay klubunun qapıçının transferi üçün “Səbail”ə 100 min manat və ya 59 min dollar təklif etdiyini bildirib. Lakin “Tobol”un idman direktoru Nikolay Panin klubun rəsmi saytına açıqlamasında mediada yazılan məbləğin həqiqəti əks etdirmədiyini bildirib: “Qolkiperlə hələ rəsmi müqavilə bağlanılmayıb. Transferlə bağlı mətbuatda səslənən məbləğ düz deyil. Bu haqda tərəflər arasında hələ heç bir müzakirə olmayıb. Hazırda Balayev bizim düşərgəmizdə deyil”.
Ötən mövsümü üçüncü yerdə başa vuran “Tobol”un bu yay avrokuboklarda çıxış edəcəyini yuxarıda qeyd etdik. Onu da bildirək ki, Kostanay təmsilçisinin baş məşqçisi rusiyalı Vladimir Qazzayevdi. 38 yaşlı mütəxəssis məşqçilik karyerasında hələ o qədər də böyük uğurlar qazanmasa da, atası Valeri Qazzayev Moskva ÇSKA-sı ilə Rusiya çempionu olmaqla yanaşı, “hərbçilər”i Avropa Liqasında da qalibiyyətə daşıyıb. Onu da vurğulayaq ki, oğul Qazzayev “sarı-qaralar”ın “sükanı arxasına” 2019-cu ilin yanvarında keçib. Ondan əvvəl isə “Tobol”u Marek Zub çalışdırıb. Bu mütəxəssis ilin əvvəlində vətəni Polşaya qayıdıb. Ümumiyyətlə, mövsümlərarası fasilədə Kostanay klubu əsaslı dəyişikliklərə məruz qalıb. Baş məşqçi ilə yanaşı, “bürünc heyət”in 6 əsas üzvü müxtəlif klublara üz tutublar ki, onların arasında qapıçı Dmitri Nepoqodov da var. “Tobol”u “Ordabası”ya dəyişən ukraynalı ötən mövsüm 34 qarşılaşmada meydana çıxıb və komandanın əsas qolkiperi olub. 31 yaşlı qapıçının gedişindən sonra “sarı-qaralar” artıq bir qokiperlə rəsmi müqavilə bağlayıb. “Atırau”dan ayrılan Andrey Pasaçenko Qazzayevin yenidən formalaşdırdığı komandaya dəvət etdiyi ilk futbolçudu. Pasaçenko “İnStat”ın statistikasına görə ötən mövsüm topladığı reytinq xalına əsasən Qazazıstan çempionatının qapıçıları arasında tərtib olunan top-25-də 14-cü pillədə yer alıb. 2018-ci ildə ümumilikdə 1527 dəqiqə meydanda olan Andrey qapısında 17 qol görsə də, hesabında 47 dəf olunmuş zərbə və 13 seyv var. Topa çıxışlarının 94 faizində isə uğurlu olub. “Tobol” Psaçenkonun karyerasında artıq 6-cı klubdu. Buna qədər isə o ÇSKA, “Kayrat”, “Sunkar”, “Jetısu” və “Atırau”nun uğurları üçün tər töküb. Əslən Almata vilyatətindən olan qapıçı 2012-ci ildə Qazaxıstanın birinci dəstəsinin ən yaxşı qolkiperi seçilib.
Pasaçenkonun SV-sinə baxanda, onun etibarlı qolkiper olduğunu müəyyənləşdirmək mümkündü. Bu üzdən transfer baş tutacağı halda Emili “Tobol”da onunla ciddi rəqabətin gözlədiyini deyə bilərik. Andreyin Emildən daha bir üstün cəhəti yerli olmasıdı ki, legioner limiti tətbiq olunan çempionatlar üçün bu da vacib şərtlərdən biridi.
RƏŞAD

Son xəbərlər

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illiy seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Sabiq “Qalatasaray”lı BƏƏ-də oynayacaq

Mançester derbisini buraxacaqlar

FİFA təhqiqat aparır

Bütün xəbərlər