Sizin reklam burada

“Kəpəz” əvəzedicilərlə bacarmadı

Baxış Sayı:528

“Kəpəz” əvəzedicilərlə bacarmadı
Maaş problemi gələn həftə həllini tapacaq
Üç aydı futbolçularına maaş verə bilməyən “Kəpəz”də problemin bu həftə həll olunacağı deyilsə də, komanda üzvləri yenə əməkhaqqını ala bilməyiblər. Bu haqda bilgini “sarı-göylər”in şərəfini qoruyan futbolçuların birindən aldıq. Adının çəkilməsini istəməyən futbolçu indi də rəhbərliyin gələn həftəni nişan verdiyini bildirdi və onu da əlavə etdi ki, “Keşlə-2” ilə qarşılaşmadan əvvəl “Kəpəz”in İdarə Heyətinin yeni sədri İslam Abbasov kollektivlə görüşüb və qısa vaxtda hər şeyin yoluna qoyulacağını vəd edib.
Görüşdə nələrin müzakirə olunduğunu bilmək üçün İslam bəylə əlaqə saxladıq: “Komanda “Keşlə-2” ilə yoxlama oyunu keçirmək üçün Bakıya gəlmişdi. “ASK Arena”da baş tutan qarşılaşmadan əvvəl futbolçularla görüşüb, yaşanan problemlə bağlı narahat olmamalarını bildirdim. Hazırda sənədləşmə işləri yekunlaşmaq üzrədi. Gələn həftə “Kəpəz”in oyunçularına iki ayın maaşı bir yerdə veriləcək. Komanda üzvləri ilə söhbətdə onları narahat edən başqa çatışmazlıqlar haqda da söhbət etdik. Çalışacağıq yaxın vaxtlarda hər şeyi yoluna qoyaq”.
Sonda onu da bildirək ki, “Keşlə-2” ilə matçda gəncəlilər meydanı məğlub tərk ediblər. Qarşılaşma 2:1 hesabı ilə paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR