Sizin reklam burada

“Şahdağ” əvəzedicilərə uduzdu

Baxış Sayı:492

“Şahdağ” əvəzedicilərə uduzdu
Əlibabayev: “Heç birinci divizion təmsilçiləri Bakıda 10 gün yüksək səviyyədə toplanış keçmirlər”
Region Liqasında mübarizə aparan “Şahdağ”ın Bakıda təlim-məşq toplanışında olduğunu ötən sayımızda xəbər vermişdik. “Konsul” otelində məskunlaşan qusarlılar dünən toplanış çərçivəsində “Kapital Bank Arena”da “Sumqayıt-2” ilə yoxlama görüşü keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən matçda meydan sahibləri 2:1 hesabıyla qalib gəlib.
Qusar klubunun baş məşqçisi Kamran Əlibabayevdən matçla bağlı fikirlərini bölüşməsini istədik: “Təlim-məşq toplanışının ilk mərhələsini Qusarda keçirib, yoxlama görüşləri üçün Bakıya gəlmişik. Payataxtda olduğumuz müddətdə komanda həm fiziki, həm də toplu çalışmalara üstünlük verir. “Sumqayıt-2” ilə qarşılaşmadan bir gün öncə komandaya ağır fiziki məşqlər verilmişdi. Bu üzdən futbolçularda yorğunluq hiss olunurdu. 90 dəqiqə ərzində heyətdə yer alan bütün oyunçulara özünü göstərmək imkanı yaratdım. Yoxlama görüşləri də məhz bunun üçündü. Məğlubiyyətə baxmayaraq, futbolçulardan narazı qalmadım. Əslində mənə indi nəticədən çox komandanın funksional və fiziki durumu maraqlı idi. Kimin hansı vəzyyətdə olduğunu gördüm. Tədricən yükləmələri azaldıb oyunçuların liqanın startına kimi optimal forma yığmasına çalışacağıq. Bunun üçün də hər cür imkan var. Bəlkə də Region Liqasında “Şahdağ” yeganə klubdu ki, sponsoru tərəfindən belə toplanış təşkil olunub. Siz də yəqin razılaşarsız ki, heç birinci divizion təmsilçiləri Bakıda 10 gün yüksək səviyyədə toplanış keçmirlər. Çalışacağıq yaradılan şəraiti maksimum dəyərləndirək. Yanvarın 27-də daha bir yoxlama oyunu keçirəcəyik. Rəqib MOİK-di. Onlarla görüş “Əlincə Arena”da baş tutacaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR